Söz və İfadə Azadlığı

İfadə azadlığı hüququ insan hüquq və azadlıqları sistemində xüsusi yer tutur və bəzən "hüquqların hüququ" (digər hüquqları təmin edən hüquq) kimi tanınır. Səbəbi sadədir: digər hüquqlardan heç biri ifadə və məlumat azadlığı hüququ olmadan təmin edilə bilməz; bu hüquq demokratik cəmiyyətdə plüralizm və özünüidarəetmənin qorunması üçün son dərəcə vacibdir.

Avropa İnsan Hüquqları və Əsas Azadlıqlar Konvensiyasının 10-cu maddəsinə əsasən hər kəs ifadə azadlığı hüququna malikdir və bu haqq özünə aşağıda adı çəkilən azadlıqları daxil edir:

 

  1. fikirlərə sahib olma azadlığı,
  2. dövlət orqanlarının müdaxiləsi olmadan və sərhədlərdən asılı olmayaraq məlumat və fikirləri qəbul etmək və yaymaq

Konvensiyanın 10-cu maddəsinə müvafiq olaraq milli təhlükəsizliyin, ərazi bütövlüyü yaxud ictimai təhlükəsizliyin qorunması, hüquq pozulması və ya cinayətin qarşısının alınması, sağlamlıq və mənəviyyatın qorunması, başqa şəxslərin nüfuz və ya hüquqların qorunması, gizli yolla əldə edilən məlumatın açıqlanmaması yaxud məhkəmənin səlahiyyəti və qərəzsizliyini təmin edilməsi marağında aşağıdakı meyarların hamısına birdən cavab verən zaman: məhdudiyyət subyekti ola bilər:

  • Qanunla nəzərdə tutulmuşdur;
  • Legitim məqsədə nail olmaq üçün xidmət edir;
  • Demokratik cəmiyyətdə zəruridir. 

Söz və ifadə azadlığının təminatları