Nifrət nitqinin xassələri
1997-ci ildə Avropa Şurasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş tövsiyyəyə uyğun olaraq nifrət nitqi azlıqlar və miqrantlara qarşı irqi nifrət, ksenofobiya, anti-Semitizm və millətçilik, etnosentrizm, ayrıseçkilik yaxud düşmənçilik də daxil omaqla bütün növ dözümsüzlük oyadan, yayan, rəğbətləndirən yaxud bəraət qazandıran bütün ifadə formalarını özündə ehtiva edir.
Cəmiyyətdə radikal qruplar tərəfindən dözümsüzlük atmosferi yaratma və fərqli qruplara qarşı nifrət oyatma üsulları barədə xəbərdar olmaq vacibdir.
NİFRƏT NİTQİNİ TƏYİN ETMƏ
Nifrət nitqi aşağıdakı xüsusiyyətlər vasitəsi ilə müəyyən edilə bilər
- Başqalaşdırma (onlar bizə qarşı) – Bir hədəf qrupunu və ya qrupları başqalaşdırma və "onlar bizə qarşı" bir ikili yaratma nifrət ideologiyası üçün səciyyəvidir. Müəyyən hədəf qrupları üzərində üstünlük vurğulanır, onların kimliyi təhlükə kimi təsvir edilir və ətraf həmin təhlükə ilə mübarizəyə toparlanır.
- Obyekt əvəzinə subyekt – fərqli kimliklər qruplarına qarşı yönələn yayın siyasəti açıq dözümsüz olan media platformaları adətən hədəfə aldığı qrupların nümayəndələrin mövqeyinə məhəl qoymayırlar. Buna görə bu qrupların nümayəndələri subyekt əvəzinə jurnalistlərin mühakimə obyektinə çevrilir və bir tərəf olaraq yayın materialında tamamilə inkar olunur.
- Qorxutma taktikası – cəmiyyəti radikallaşdırma məqsədi ilə aşırı sağçı qruplar və media platformaları hədələr ətrafında həyəcan mühiti yaradır və cəmiyyət içində qorxu yayır. Bu məqsədlə yalan məlumat yayırlar və ya qrupun bir üzvünün hərəkətlərini qrupun bütöv bir hissəsinin fəaliyyəti kimi təqdim edirlər. Qorxutma taktikası tez tez miqrantlara qarşı tətbiq edilir.
- Tarixi travmanın şişirdilməsi – psixoloq və sosioloqlar tarixi travmanı “xüsusi bir mədəni qrup tərəfindən nəsillərcə keçirdiyi travma” kimi təyin edir . Tarixi travmanın şişirdilməsi üçün keçmişdə baş verən hadisələrin və keçmiş problemlərin müasir kontekstə köçürmə və emosiyalara əsaslanan xüsusi etnik mənsubiyyətli qruplara və ya millətə yaxud dövlətə qarşı nifrət oyatma səciyyəvidir. Belə hallarda tez tez nifrət dolu nitq və diqqəti həqiqi problemlərdən keçmişə yönəltmə habelə cəmiyyətin spesifik qruplara qarşı toparlanması kimi hadisələr yaşanır..
- Qurban obrazı yaratma – Keçmişi ucaltmaq, özünü qurban kimi qələmə vermə və yalnız “başqaları”na qalib gəlmə və onları məğlub etmə yolu ilə mümkün ola bilən keçmiş şöhrətin bərpası məqsədi qoyulması ilə yanaşı baş verir.
- Genetik üstünlüyün ilahi əməl olduğunu izah etmə – İrqçi qruplar başqa qrupların insanlığının daha az olduğunu, özlərinin isə genetik üstünlüyün ilahinin işi olduğu yaxud təbii səbəblərdən yarandığını barədə mübahisələrdə köhnəlmiş və təhrif olunmuş genetik nəzəriyyələri istifadə edir. Bu halda isə, düşməni məhv etmə və uyğun bir yer tutma məqsədi qoyulmaqdadır.
- Yalançı elm və qeyri rəsmi məlumatlar – vebsəhifələr və sosial şəbəkələr da daxil olmaqla yaradılmaqda olan bir çox internet platformaları sıradan çıxmış elmi nəzəriyyələri və ya qeyri rəsmi məlumatı hədəf qruplarına qarşı cəmiyyəti toparlamaq üçün istifadə edir.
- Qrup həmrəyliyinin təşkili - Vahid kimliyə istinad edərək və emosiyalar ilə manipulyasiya edərək qrup üzvləri “ümumi düşmənə” qarşı toparlanır və radikallaşır.