Söz və İfadə Azadlığı
İfadə azadlığı hüququ insan hüquq və azadlıqları sistemində xüsusi yer tutur və bəzən "hüquqların hüququ" (digər hüquqları təmin edən hüquq) kimi tanınır. Səbəbi sadədir: digər hüquqlardan heç biri ifadə və məlumat azadlığı hüququ olmadan təmin edilə bilməz; bu hüquq demokratik cəmiyyətdə plüralizm və özünüidarəetmənin qorunması üçün son dərəcə vacibdir.
Avropa İnsan Hüquqları və Əsas Azadlıqlar Konvensiyasının 10-cu maddəsinə əsasən hər kəs ifadə azadlığı hüququna malikdir və bu haqq özünə aşağıda adı çəkilən azadlıqları daxil edir:
- fikirlərə sahib olma azadlığı,
- dövlət orqanlarının müdaxiləsi olmadan və sərhədlərdən asılı olmayaraq məlumat və fikirləri qəbul etmək və yaymaq
Konvensiyanın 10-cu maddəsinə müvafiq olaraq milli təhlükəsizliyin, ərazi bütövlüyü yaxud ictimai təhlükəsizliyin qorunması, hüquq pozulması və ya cinayətin qarşısının alınması, sağlamlıq və mənəviyyatın qorunması, başqa şəxslərin nüfuz və ya hüquqların qorunması, gizli yolla əldə edilən məlumatın açıqlanmaması yaxud məhkəmənin səlahiyyəti və qərəzsizliyini təmin edilməsi marağında aşağıdakı meyarların hamısına birdən cavab verən zaman: məhdudiyyət subyekti ola bilər:
- Qanunla nəzərdə tutulmuşdur;
- Legitim məqsədə nail olmaq üçün xidmət edir;
- Demokratik cəmiyyətdə zəruridir.
Söz və ifadə azadlığının təminatları
Söz və ifadə azadlığı hüququnun tam şəkildə həyata keçirilməsini təmin etmək üçün aşağıdakı prinsiplərə əsasən qüvvədə olan qanunvericilik təminatlarının olması vacibdir:
- Diffamasiyaya görə cinayət məsuliyyətinin götürülməsi – Cinayət Məcəlləsinə əsasən diffamasiyanın cəzalandırılması 1) bir şəxsin nüfuzuna dəymiş zərərin əvəzini ödəmək məqsədi ilə qeyri-mütənasibdir; 2) qeyri-demokratik və keçid dövründə olan demokratik ölkələrdə tənqidi fikirlərə təzyiq etmə və susdurmaq üçün vasitə kimi istifadə edilə bilər 3) jurnalistin / vətəndaşın cəza qorxusundan özünə yönələn senzuradan istifadə edən və tənqidi rəy yaxud məlumat dərc etməkdən çəkindirən "həvəsdən salma effekti" var. Buna görə də, vacibdir ki, diffamasiyaya cinayət məsuliyyətinə cəlb edilə bilən bir cinayət kimi yox. mülki hüquq pozuntusu kimi baxılsın.
- Faktın rəydən ayırılması – faktın rəydən ayırılması və rəyin müstəsna üstünlüklə təmini ifadə azadlığının mühüm zəmanətlərindən biridir. İnsana, hadisəyə yaxud mövzuya münasibəti əks edən yoxlanıla bilən yaxud inkar edilə bilməyən faktarı özünə daxil etməyən dəyərli mülahizə, nəzər nöqtəsi, şərh habelə istənilən vasitələrlə fikir ifadəsinə rəy deyilir. Fakt daima yoxlanıla bilər, sübutlar ilə təsdiq edilə bilər. Rəy başlanğıcdan səhv olan və qəsdən yayılan fakta əsaslananda qorunmur.
- Məhkəmə zəmanətləri – jurnalistin dərc etdiyi diffamasiyaya dair məhkəmə mübahisəsi baş verərkən, şübhəli şəxs jurnalist yox, media sahibi olmalıdır. Bu təminat, bir tərəfdən, jurnalistlərin qorunmasına təminat verir, digər tərəfdən, mediada özünü tənzimləyən mexanizmlərin yaradılmasına kömək edir Əgər media qurumu yalnız texniki olaraq bəyanatın yayılmasını təmin etmişdirsə, o zaman o münasib ittiham edilən tərəf hesab edilmir, digər qeyri-müvafiq şübhəlilər qeyri-müəyyən şəxs qrupudur ki, orada iddiaçı birmənalı müəyyən edilməmişdir və dövlət və inzibati qurumlar.
- Sübut yükü – Məhkəmə mübahisəsi baş verərsə ifadə azadlığının məhdudlaşdırılmasının təqsir sübutunun zəruriliyi şikayətçiyə aiddir, o şübhəli şəxsin saxta faktları yaydığını və bəyanatın (şərhin) şikayətçinin şərəf və ləyaqətini alçaltdığını sübut etməlidir. Vəzifəli şəxs belə vəziyyətə cəlb edildiyi zaman ayrı standart tətbiq edilir, bu halda sonuncu həqiqi pis niyyət yaxud düşüncəsiz saymamazlıq olmasını sübut etməlidir: nəşr bəyanatın (şərhin) əvvəlcədən səhv olmasını bilməsini və ya şübhəli şəxsin düşüncəsiz saymamazlığı saxta faktların dərcinə gətirməsini.
- Gizli mənbələrin mühafizəsi – Gizlilik qorunması olmadan mənbələr demokratik cəmiyyətdə özünüidarəetmənin təmin edilməsi üçün vacib olan ictimai maraqlara aid məsələləri cəmiyyətə çatdırmaqda mətbuata kömək etməkdən uzaqlaşa bilər.
- İfşa edənlərin qorunması –Ifşa edənlərin qorunması - qanunla qorunan sirrin açıqlanması cəmiyyətin qanuni maraqlarını təmin etmək məqsədi daşıyan zaman, gizli məlumatın açıqlanması məqsədi cəmiyyətin qanuni mənafelərini qoruyanda və qorunan məlumatın xeyiri yaratdığı səbəbi üstələyən zaman ifşa edənin qorunması şəxsin məsuliyyətdən azad olunması deməkdir.
Avropa Məhkəməsi tərəfindən izah edildiyi kimi, ifşa edənin fəaliyyəti cəmiyyəti müəyyən informasiyanın qorunmamasından yaranan zərərdən daha çox qoruya bilər.