Misal 5: Film kadrları həqiqi həyat hekayələrinin alternativi şəklində :

22 aprel 2018-ci ildə Dmitri Kiselyovun Rus kanalı Rosiya 1-də apardığı Həftəlik Xəbərlər proqramındakı yayımlanan məlumata əsasən Prezident Əssəd 7 aprel 2018-ci ildə həqiqətdə Siriyanın Duma şəhərində kimyəvi silah tətbiq etməmişdi. Bəyan edilmişdir ki, həmin hadisə sadəcə səhnələşdirilmişdir. Öz fərziyyəsin sübut etmək üçün, verilişə Siriya Vətəndaş müharibəsinə cəlb olmuş Cayş Əl-İslam İslamçı üsyançı bölmələrin koalisiyasının sabiq döyüşçüsü Pares Mehəmməd Maiiassa –nın müsahibəsi ilə daxil edilmişdir. Müsahib qeyd edirdi ki, o, səhnələşdirilmiş hücumun saxta hekayəsinin film çəkilişində rejissorun köməkçisi çıxış etmişdi. Müsahibə filmin çəkilş yeri, qrupu və aktyorları əks etdirən şəkillərlə müşaiyət olunurdu. Hekayədə aktyorların kimyəvi hücumalrın qurbanlarını canlandırdığı deyilirdi.



Həqiqətdə 2018-ci il tarixdə verilişdə yayımlanan səhnələr 2016-ci ildə lentə alınmışdır və özü-özlüyündə filmin çəkiliş yerlərindən səhnələrin kompilyasiyasıdır.
Filmin çəkilişi 2016-cı ildə Böyük Britaniyadan dönmüş Siriya əsilli Humam Husari tərəfindən başlanmışdır. Film Dəməşq yaxınlığında baş vermiş 2013 –cü il zarin qaz hücumu qurbanlarını nümayiş etdirən həqiqi həyat hekayələridi.
Rus TV kanalı tərəfindən yayımlanan verilişdə istifadə edilən şəkillər ilk olaraq Çinin Global Times Xəbər agentliyi tərəfindən 19 sentyabr 2016-cı ildə dövrə buraxılmışdır.