27 Fevral, 2018-ci il tarixdə Georgian Force" (Kartuli Dzala) Feysbuk səhifəsində 1 qadının metroya pilləkən ilə düşəndə belinə təpiklə 1 nəfər kişi tərəfindən zərbə alması, nəticədə meydançaya yuvarlanması və həmin zaman qanun pozucusunun 3 tərəfkeşi ilə hadisə yerini tərk etməsini təsvir edən video dərc etmişdi. "Əfqan miqrantları sadəcə əylənmək üçün təpiklə alman qadınını vuararaq pilləkənddən aşağı yıxdılar. Gəlin anlayışlı olaq, tolerant və hərtərəfli olaq" mətni ilə müşaiyət olunurdu.
Video görüntünü Google döndərmə axtarış sistemində yoxlayandan sonra müəyyən edilmişdir ki, hadisə 27 oktyabra 2016-cı ildə Berlində baş verib. Alman "Deutsche Welle" məruzə etdi ki, Berlin polisi cinayətdə şübhəlini saxlayıb.”Nova”Bolqar qəzetinə əsasən hücum edən Bolqariyanın Varna şəhərindən tikinti fəhləsi olub.Əlavə olaraq o, keçmişdə qarət,soyğun və xuliqanlıq üzrə məhkum olunub.
“Guardian”-a əsasən hücum edən 27 yaşlı Svetoslav Stoyikov idi, o, Berlində avtobus dayanacağında həbs edilmişdir. O, sağlamlığa ağır xəsarət yetirdiyinə görə 2 il və 11 ay müddətinə həbs edildi.