T Avqustun 8-i, Rus Televiziya kanalı NTV jurnalist Sergey Xoloşevskinin “Avqust 2008:Ədalət Mühakiməsi” adlı sənədli filmini yayımladı. Həmin günü video TV verilişin Feysbukdakı rəsmi səhifəsində yerləşdirdi. Verilişin qısa xülasəsində Avqustun 8-I Gürcüstanın Cənubi Osetiyaya hücum eləməsi barədə deyilirdi.
Tsxinvalidəki çörək bişirmə sexinin müdiri Vadim Tsxovrebov videoda deyirdi ki, Tsxinvalidə gürcü əsgərləri evlərə soxularaq, zirzəmilərə əl qumbaraları atırdılar. Ardınca 2008-ci ilin avqustun 8-i Rus Hava Qüvvələri tərəfindən igamətgah binalarını bombalayan zaman yaranan Sofio Muradovun görüntülərini əks etdirən video nümayiş etdirildi. NTV adı çəkilən yaralanma görüntüsün Gürcüstan tərəfindən Tsinxvaliyə hücümunu təsvir eləmək üçün istifadə etdi.
Rus bombaları ilə igamətgah binalarının dağıdılması və arxasında yanan binaların fonunda yaralı Sofio Muradovun şəkili hadisə baş verən günü beynəlxalq medianın marağ nöqtəsinə döndü. O Russiya tərəfindən Gürcüstana tətbiq edilən aqressiyanın rəmzinə çevrildi.Muradovun hər iki ayağı Rus raketinin mərmiləri tərəfindən zədələnmişdir. Bu səbəbdən o 7 il ərzində 13 cərrahi əməliyyatdan keçməli olmuşdu. Ümumi olaraq, 9 Avqust iqamətgahın ruslar tərəfindən bombalanması zamanı 15 nəfər həlak olmuşdur.