Misal 2: Səhnələnmiş şəkillər real fakta “sübut” kimi

Rusiya Müdafiə Nazirliyi 14 noyabr 2018-ci ildə ABŞ-ı 9 Noyabrda Suriyanın Al-Bukamal şəhərindən ayrıldığı iddia edilən İD (İslam Dövləti) konvoyuna havadan müdafiəni təmin etməkdə günahlandırdı. Sübut olaraq, Rusiyanın Müdafiə Nazirliyi sosial media hesabında Suriya-İraq sərhədinə doğru gedən konvoyun, özlərinin iddia etdiyi kimi, drondan çəkilmiş fotoşəkilləri təqdim etdi.

Müdafiə Nazirliyi tərəfindən nəşr olunan fotoşəkillər Bellingcat və Conflict Intelligence Team istintaq qrupları tərəfindən yoxlanılmışdır. 5 şəkildən 1-i "AC-130 Gunship Simulator: Special Ops Squadron" mobil oyunundan götürülüb.



Münaqişə Kəşfiyyat Komandasının məlumatına görə, yerdə qalan 4 video İraqın Müdafiə Nazirliyinin 2016-cı ilin iyun ayında yaydığı və Fallujah yaxınlığında İraq Hava Qüvvələrinin İD-ni bombaladığını göstərən videolardır.

Şəkil: Conflict Intelligence Team


Müdafiə Nazirliyinin "təkzibedilməz sübutları" daha sonra sosial səhifələrindən silindi.