Misal 1: video və hadisə arasında uyğunsuzluq

15 may 2017-ci ildə Gürcüstanın marshalpress.ge, itv.ge və dainteresdit.ge saytlarının təsvirində Türkiyədə yaşayan Suriyalı uşaqların diri-diri orqanlarının çıxarıldığını göstərən və xüsusilə Türkiyədə orqan qaçaqçılığının geniş yayıldığını iddia edən oxşar videolar dərc edildi.

1. Video Türkiyədəki orqan ticarətini əks etməsə də Suriyada Rusiyanın bombalanmasının nəticələrin təsvir edirmiş. 
Video araşdırma , videotəsvirlərdəki Türkiyədə uşaq orqanlarının alveri deyil, 2015-ci il dekabrın 11-də Suriyanınin Əl-Qasabiya qəsəbəsinə Rusiyanın hava hücumu nəticəsində yaranan qurbanları və 3 yaşlı yaralı qızın əks edildiyini aşkar etdi. Video ilkin olaraq 11 dekabr ,2015-ci ildə Adlabinin cənubundakı Əl-Qəsabiyə kəndindəki soyqırımın təşəbbüskarı rus təyyarələridir başlığı ilə ərəbdilli SMART News Agency tərəfindən yayılmışdır." 


2. Videoda təsvir olunanlar Əl-Şam Humanitar Fondunun könüllüləridir.
 

Videoda hücumun təsirinə məruz qalmış uşağın əynindən kişi qayçı ilə kəsərək qısa-qol köynəyi çıxarır. Kişi üzərində xüsusi loqo təsvir edilən mavi köynək geyinib. Google axtarış sistemində axtarışdan sonra məlum olmuşdur ki, bu humanitar qurumun loqosudur. Əl-Şam Humanitar Fondu (Siriya humanitar təşkilatı) Siriya əhalisinə müxtəlif humanitar xidmətlər təklif edir. 

3. Videoda göstərilən qız X-şüa maşınına yerləşddirilir. 
Marshalpress –in qeyri-qanuni orqan alver qurbanı kimi təqdim etdiyi videodakı qız, əslində tibbi yoxlamadan keçməsi üçün X-şüa maşının rəqəmsal panelinə yerləşdirilir.