Misal 1: Saxta şəkil, faktların dekonstruksiyası

7 Fevral, 2018-ci ildə, Avropalı qadınlar özlərinin miqrantlara qarşı pis davranışlarına görə #Bağışla adlı flaşmob başlattığı haqqında Gürcüstan və Dünyanın onlayn tirajı “Bağışla, Mustafa” adlı bir məqalə buraxdı. Geworld.ge - yə istinadən, flaşmobu Brita Borg təşkil edib. Məqalədə "Bağışla, Mustafa" deyilən bir lövhə tutan qadın fotoşəkili müşayiət olunur.



Araşdırma nəticəsində şəkilin 2014-cü ildə Ukraynada çəkildiyi və əsgərlərin vəziyyətinə diqqət çəkmək üçün maarifləndirmə kampaniyasına qatılan Ukraynalı bir qadının təsvir edildiyi aşkarlandı. Orijinal şəkildə qadın “Soyuqdur? Xəndəklərdə yatanlar haqqında düşün.” yazılan lövhə tutur. Kompaniya iştirakçıları Ukrayna əsgərləri üçün qalın paltarlar toplayırdılar. 

Axtarış motoru: Google İmage Search 

Orijinal şəkil “Bağışla, Mustafa” yox, “Soyuqdur? Xəndəklərdə yatanlar haqqında düşün.” yazılı lövhəni tutan Ukraynalı qadını təcəssüm edir. #Bağışla flaşmobu sosial şəbəkələrdə axtarıb tapmaq mümkün deyil.



Əlavə axtarış, Avropalı qadınların #Bağışla flaşmobunun ilk olaraq 2018-ci il, fevralın əvvəllərində Rusiya mediyasında və sosial şəbəkələrdə meydana gəldiyi məlumatını da üzə çıxardı. Fotonu manipulyasiya edən saxta hekayə 360tv.ru, Новые Известия, panorama.pub, e-news.su və bir sıra digər rus xəbər agentlikləri tərəfindən yerləşdirilib.