Misal 3: Hadisənin təsvirinə uyğun olmayan orijinal şəkil

11 iyun, 2017-ci ildə  digest.pia.ge saytı Pravoslav kilsəsinin faktiki olaraq təqib olunduğunu, təfriqəçilər tərəfindən dağıdıldığı və oğurlandığı, ruhani şəxslərin fiziki təhqir edildiyi və alçaldıldığı, 40 kilsənin qarət edildiyi haqqında “Gürcüstan Truppası”nın liderinin müraciətini sosial şəbəkədə dərc etdi. Jondi Baghaturia-nın nitqi, həmçinin, Gürcüstan və dünyada nəşr olundu və 12 iyunda Sputnik Georgia saytı pravoslav camaatının təqibinə etiraz başlığı ilə Ukrayna səfirliyinin qabağında etiraz haqqında məqalə yazdı. (“Ortodoks camaatına qarşı təqibə Tbilisidə etiraz edildi”).



Şəkil manipulyasiya xarakteri daşıyır, belə ki, pravoslav kilsəsinə hər hansı bir hücumu deyil, 28 iyul 2010-cu ildə Ukraynanın Zaporozhye şəhərindəki pravoslav kilsəsində baş vermiş partlayışı göstərir. 

2010-cu ilin iyul ayında Zaporozhye şəhərindəki bir kilsədə bir nəfərin həlak olduğu, 8 nəfərin yaralalandığı bir partlayış olmuşdur. Daha sonra Ukraynanın prezidenti Viktor Yanukoviç işin istintaqını şəxsi nəzarətinə götürdü. İstintaqın başlanmasından bir həftə sonra Ukrayna polisi üç şübhəli şəxsi həbs etdi, onlardan ikisi rahib köməkçiləri idi. Onlar 4 il həbs cəzasına məhkum edildi və 2014-cü ildə əfv fərmanı ilə azad edildilər. Pravmir.ru, 26 May 2017-ci il tarixli nəşrində Volyn bölgəsində bir pravoslav kilsəsinə basqın faktını göstərdiyini iddia etdiyi oxşar fotoşəkil istifadə etdi. Rusiyanın onlayn portalı veonews.org, 9 aprel 2017-ci ildə, Misirdə terror hücumu ilə əlaqədar xəbərlər yayarkən, kilsənin daxili fasadına dəyən ziyanı təsvir etmək üçün Zaporozhye-nin şəklini istifadə etdi.