Oktyabrın 27-i Mozilla Fest çərçivəsində keçirilən media maarifləndirmə tədris seminarında Media inkişaf fondunun (MDF) “Nifrət edirsən, yoxsa tolerantsan? Oyununun təqdimatı baş tutdu.
Oyunun məqsədi oyunçunun nə dərəcədə tolerant və ya dözümsüz olduğunu müəyyən etməkdir. Oyun məlumatı müstəqil yaratmaq, mənbələr axtarmaq və faktları yoxlamaq, fakt və düşüncəni bir-birindən ayırmaq bacarığı və azlıq məsələlərini işiqandırmağın həssaslığını inkişaf etdirir. Ən yaxşı nəticəyə malik olan oyunçu mələyə dönür, ən pis nəticəyə malik olan isə yekun olaraq hirsdən partlayır. Hər kəsin yekun işi görmək və buraxdığı səhvləri analiz etmək imkanı var.
Məqsədi dünyanın müxtəlif ölkələrinin təcrübəsini bölüşməkdən ibarət olan seminarda Doiçe Vele akademiyasının media və informasiya maarifləndirmə şəbəkəsinin (MILEN) ekspertləri iştirak edirdilər.