Tələbələrə hibrid müharibənin yaratdığı problemlərdən və dezinformasiyaya qarşı mübarizədə Ukrayna və Litvanın təcrübəsindən araşdırmacı jurnalist, Beynəlxalq Şəffaflıq –Ukraynanın nümayəndəsi Artem Babaki və trollarla mübarizə təcrübəsi haqqında internet mübarizə hərəkatı “Baltik Elfləri” (Baltic Elves) nümayəndəsi, internet-fəalı Qiedrius Sakalauskas danışdılar. Diskusiyaya Gürcüstan Atlantik Şurasının sədri Davit Sixarulidze rəhbərlik edirdi. Görüş iştirakçılarını İlya Dövlət Universitetinin rektoru Qiqa Zedania və Litvanın Gürcüstandakı səfiri Qiedrius Poucunas salamladılar.
Tədbiri Media İnkişaf fondu (MDF) İlya Dövlət Universiteti ilə tərəfdaşlıq layihəsi olan “Məsuliyyətli media istifadəsi naminə gənclərin media maarifləndirmə laboratoriyası” çərçivəsində keçirdi və layihəni Amerika Birləşmiş Ştatlarının səfirliyi dəstəkləyir.