Şəxsi Məlumat
Şəxsi məlumatlar nələrdir?
Şəxsi məlumatlar şəxsin təyin edilməsini mümkün edən hər hansı bir informasiyadır. Məsələn:
- Ad və soyad
- Şəxsi nömrə
- Şəkil
- Video şəkil
- Barmaq izi
- Ünvan
- Məkan
- Telefon nömrəsi
- İP ünvanı
Bu siyahı tam deyil və genişləndirilə bilər. Lakin, biz aşağıdakı ən əsas şəxsi məlumatları müzakirə edəcəyik:
Ad və soyad hər bir insanın doğulduğu andan etibarən malik olduğu şəxsi məlumatdır. Lakin bir çox insan eyni adı və soyadı daşıya bilər və bu informasiya şəxsi təyin etmək üçün kifayət etməyə bilər.
Şəxsi nömrə də insana doğum qeydiyyatı zamanında verilir. Bu rəqəmlərin unikal birləşməsidir və təkrarlanmır. Şəxsi nömrə vasitəsi ilə bir insan haqqında çoxlu sayda informasiya tapmaq mümkündür, məsələn ünvan və ya əmlak sahibliyi.
Şəkil və ya barmaq izi ad və soyaddan fərqli olaraq unikaldır və insanın təyin edilməsini 100 faiz dəqiqliklə mümkün edir.
Video görüntülər selfie kimi gündəlik həyatın ayrılmaz hissəsi halına gəldi. İnsanlar həyatlarının vacib, maraqlı və əylancəli anlarını çəkir və sosial mediada paylaşmağa tələsirlər. Amma, çox vaxt xəbərsizdirlər ki, videogörüntü şəxsi məlumatdır və fiziki görünüşlə bərabər insanın bacarıqları, davranışları, jestləri və başqa xüsusiyyətləri barəsində çoxlu informasiya daşıyır.
Ünvan bir şəxsin yaşayış yerini bilməyə imkan verən şəxsi məlumatın bir hissəsidir.Bu həmin adamla əlaqə saxlamaq və ona məktub və ya bağlama göndərmək üçün istiafadə olunur. Bəzən bir şəxsin hüquqi və faktiki ünvanı uyğun gəlmir.
Smartfonlar və müxtəlif aplikasiyalar tez-tez ünvan məlumatlarına giriş tələb edir. Digər vaxtlarda biz özümüz bu informasiyanı sosial mediada bölüşürük, hətta müəyyən yerdə qeydə düşməklə biz öz şəxsi məlumatımızı ifşa etdiyimizi dərk etmirik. Şəxsin yer məlumatlarını təhlil etmək bizə birinin konkret vaxtda harada olduğunu və səyahət marşurutu da daxil olmaqla bir çox məlumatlar verə bilər.
Bu günlərdə bir insanın adı və ünvanı kimi şəxsi məlumatların çox olduğu telefonsuz və dolayısıyla da telefon nömrəsiz adam tapmaq çətindir.
İP ünvan Şəxsi məlumat və internet ayrılmaz məfhumlara çevrilmişdir. İstənilən internet istifadəçisinin xidmət təminatçısının ona verdiyi yalnız şəxsiyyətini və ünvanını təyin etməyən həm də dəqiq yerini bildirən xüsusi İP ünvanı var.
Bizim məlumatlarımızı kim və hansı məqsədlə istifadə edir?
Şəxsi məlumat özəl və ictimai təşkilatlar üçün çox dəyərli aktivdir. Buna inanılır ki, modern texnologiyalar şəxsi məlumatı istehlakçılara sürətli, effektiv və qənaətcil xidmətlər təklif edən bir yanacaq kimi istifadə edirlər, məsələn, banklar kredit vermək üçün, marketinq şirkətləri hədəflənmiş reklamlar yerləşdirmək üçün - bu səbəbə görə onu “21-ci əsrin nefti” adlandırırlar. Bəzi hallarda, şəxsi məlumat olmadan xidmət almaq mümkün deyil, məsələn, biz şəklimizi təqdim etmədən şəxsiyyət vəsiqəsi ala bilməyəcəyik.
Hökumət tərəfindən böyük həcmli məlumatlar toplanır və istifadə edilir. Şirkətlərin ehtiyacı olduğu qədər hökumətin də bu informasiyalara ehtiyacı var. Məsələn, hər hansı bir cinayətin üstünü açmaq üçün istintaq orqanı məhkəmə icazəsi ilə şəxsi telefon danışıqlarına müdaxilə edə bilər.
Daha çox məlumatların dövlət və ya özəl təşkilat tərəfindən nəzarət edilməsi bu məlumatlardan sui-istifadə riskini daha da yüksəldir. Bir nümunə olaraq, öz maliyyə mənfəəti üçün bir şirkət xidmətlərin göstərilməsi üçün lazım olandan daha çox məlumatı istifadə edə bilər və ya bizim razılığımız olmadan telefon nömrələri bazası kimi məlumatları bir tərəfdaşa sata bilər.Sui-istifadəyə gəldikdə, hökumət də istisna deyil. İstintaq orqanının toplanmış məlumatları bir şəxsə qarşı istifadə edə bilməsi mümkündür.
Şəxsi məlumatdan sui-istifadə edənlər təkcə hökumət və kommersiya müəssisələri deyillər. Hakerlər, fırıldaqçılar, təqibçilər və dokserlər - bunlar maliyyə, şəxsi və siyasi maraqlar səbəbilə şəxsi məlumatların izinə düşənlərin natamam siyahısıdır (Kibertəhlükəsizlik bölməsində daha detallı baxın).
Hər halda, icazəsiz ifşalar və ya şəxsi məlumatdan icazəsiz istifadə maddi və eləcə də mənəvi zərərə səbəb ola bilər. Eyni zamanda qeyd olunmalıdır ki, biz hər yerdə öz məlumatlarımızı düşünmədən yad insanlarla və ya sosial mediada bölüşərək, tez-tez öz məxfiliyimizi təhlükəyə atan kəslərik.
Hansı növ şəxsi məlumatlar qorunurlar?
Avropa İnsan Hüquqları Konvensiyası şəxsi məlumatı insanın şəxsi həyatının bir hissəsi hesab edir və məlumatların gizliliyini əsas insan haqları kimi tanıyır.Konvensiyanın 8-ci maddəsinə görə dövlət bir insanın şəxsi həyatına və bir şəxs haqqında saxlanılan istənilən məlumata hörmət etməlidir. Bu qanunla hər hansı bir müdaxilə yolverilməzdir, təkcə aşağıdakı istisna halları çıxmaq şərti ilə:
- Qanuna uyğun olaraq
- Əsaslandırılmış
- Zəruri
- Mütənasib (proporsional)
Şəxsi həyatın toxunulmazlığı Gürcüstan Konstitusiyası tərəfindən tanınır:
“Hər bir fərdin şəxsi həyatı, evi, şəxsi sənədləri, yazışma, texniki vasitələrlə çatdırılan mesajlar da daxil olmaqla telefonla və ya digər texniki vasitələrlə ünsiyyəti toxunulmazdır”,- Konstitusiyanın 20-ci maddəsi.
Bundan başqa, Konstitusiyanın 41-ci maddəsinə uyğun olaraq, insanın səhhəti, maddi vəziyyəti və ya digər şəxsi məsələləri ilə bağlı rəsmi səs yazmalar heç kimin çatımı olmamalıdır.
Buna görə də şəxsi məlumat ictimai informasiya deyildir. Dövlət rəsmiləri və eləcə də kommersiya təşkilatları aşağıdakı məlumatları qorumalıdırlar:
- İnsanın şəxsiyyəti (kimliyi)
- Ünvan
- Diaqnoz
- Bank hesab nömrəsi
Bir şəxsin müəyyənləşdirilməsinə imkan verən digər məlumatlar.
Gürcüstanın Şəxsi Məlumatların Mühafizəsi haqqında Qanuna əsasən, aşağıdakı xüsusi kateqoriyalı məlumatların xüsusi qorunması təmin edilməlidir:
- İrqi və etnik mənşə
- Siyasi fikirlər
- Dini və fəlsəfi inanclar
- Sağlamlıq vəziyyəti
- Cinsi həyatı
- Cinayət səs yazmaları
- Polis nəzarəti
- Təqsirin etirafı əqdləri haqqında məlumat
- Biometrik və genetik məlumatlar
Bu məlumatların şəxsin razılığı olmadan açıqlanması istisna hallardan başqa qəbuledilməzdir.
Hansı növ şəxsi məlumatlar qorunmurlar?
Şəxsi məlumatlar heç də hər zaman gizli deyil və qanunla müəyyən edilmiş hallarda müəyyən məlumatlar açıqlana bilər. Belə istisnalar aşağıdaki hallarda qəbul ediləndir:
- Məhkəmə icazəsi ilə
- Qanuna uyğun olaraq təcili zərurət əsasında
- İctimai maraq varlığında
Məhkəmə icazəsi. Gürcüstan qanunlarına əsasən, fərdin şəxsi məlumatlarını, şəxsi sənədlərini və yazışmalarını əldə etmək, mesajlarına baxmaq, telefon danışıqlarını dinləmək məhkəmə icazəsi əsasında yol veriləndir. Məsələn, polis cinayəti araşdırmaq üçün şəxsin bank hesabları haqqında informasiyaya ehtiyacı varsa, bankdan məlumat əldə etməzdən öncə məhkəmə icazəsi almalıdır.
Qanuna əsasən təcili zərurət. Cinayətin üstünü açmaq üçün zəruri olan məlumatların məhv edilməsi riski səbəbindən məhkəmə icazəsi almaq mümkün olmadıqda, bu məlumatın alınması təcili zərurət əsasında məhkəmə icazəsi olmadan mümkündür. Lakin, daha sonra istintaq orqanı məhkəmə qarşısında bu tədbirin zəruri olduğunu sübut etmək məcburiyyətindədir.
İctimai maraq. Gürcüstanın söz və ifadə azadlığı qanunu bunu aşağıdakı kimi müəyyən edir:
“Demokratik özünü idarəetmənin icra edilməsi zamanı baş verən hər hansısa bir hadisədə ictimaiyəətin (müəyyən şəxslərin deyil) marağı”.
Şəxsi məlumatlar ifşa olunduğu zaman dövlət və özəl qurumlarla yanaşı media da məlumatların mühafizəsi və ictimai maraq arasında ədalətli balansı təmin etməlidir. Balans məsələsinə vəziyyətə görə prinsipi əsasında qərar verilməlidir. İctimai və şəxsi maraq arasındakı balansda məlumatın ifşası o şəxsə vurulan zərərdən daha üstün gələrsə, yalnız o halda ictimai maraq üstələyə bilər. Məsələn, əgər yüksək vəzifəli şəxs öz uşağının törətdiyi cinayətin üstünü örtmək üçün rəsmi mövqeyindən sui-istifadə edirsə, ictimai mənafelər tələb edir ki səlahiyyətlərindən sui-istifadə edən həmin vəzifəli şəxsin törətdikləri əməllər barəsində ictimaiyyətə məlumat verilsin.
Məlumatların ifşasının digər halları
Gürcüstanın şəxsi məlumatın mühafizəsi aktına əsasən, xüsusi kateqoriyalı məlumatlar istisna olmaqla aşağıdakı hallarda şəxsi məlumatlar açıqlana bilər:
- Şəxsin razılığı ilə
- Məlumatların açıqlanması qanunla nəzərdə tutulursa
- Təşkilatın qanuni öhdəlikləri yerinə yetirmək üçün məlumatların açıqlanması tələb olunursa
- Şəxsin həyati maraqlarını təmin etmək üçün məlumatın açıqlanması vacibdirsə
- Təşkilatın və ya digər şəxsin qanuni mənafelərinin qorunması üçün məlumatın açıqlanması vacibdirsə
- Məlumatlar ictimaiyyətə açıqdırsa
- Şəxsin müraciətini idarə etmək və ya xidmətlərlə təmin etmək üçün məlumatların ifşası lazımdırsa.
Məlumatlarımızı necə qoruyaq?
- Məlumatlara daxil olmaq və surəti almaq hüququ
- Məlumatların düzəldilməsi hüququ
- Məlumatlarından istifadə edilməsinə etiraz etmə hüququ
- Məlumatların silinməsi hüququ
Məlumatlara daxil olmaq və surəti almaq hüququ. Hər bir şəxsin hökumət və ya kommersiya təşkilatları tərəfindən onun haqqında hansı informasiyanın toplanıldığını bilmək hüququ var. Əgər bu dövlət orqanıdırsa, siz məlumatlarınıza giriş və pulsuz olaraq onların surətini almaq hüququna maliksiniz.
Məlumatların düzəldilməsi hüququ. Əgər siz müəyyən təşkilatların sizinlə əlaqədar yalnış məlumatlar topladığından xəbərdarsınızsa, həmin məlumatların düzəldilməsini tələb etmək hüququna maliksiniz.
Məlumatlarından istifadə edilməsinə etiraz etmə hüququ. Əgər təşkilatın sizin məlumatlarınızdan öz məqsədləri üçün (məsəl üçün, spam reklamların göndərilməsi) istifadə etməsini artıq istəmirsinizsə, məlumatlarınızın işlənməsinə etiraz etmək hüququnuz var. Sorğunuza əməl olunmursa, sizin Şəxsi Məlumatların Mühafizəsi Müfəttişinə şikayət ilə müraciət etmək hüququnuz var.
Məlumatların silinməsi hüququ. Əgər tələbə əməl olunursa və təşkilat məlumatlarımızın işlənməsini durdurursa,onda biz onu silmək üçün müraciət edə bilərik.
Sonda,biz yadda saxlamalıyıq ki, məlumatlarımızı hər hansı bir təşkilata və ya tanımadığımız insana təqdim etməzdən əvvəl həmişə sual verməliyik:
- Hansı məqsədlər üçün bizim məlumatlarımızdan istifadə edəcəklər?
- Razılığımız olmadan məlumatlarımızı üçüncü tərəflərə ötürəcəklərmi?
Media və şəxsi məlumatlar
Yayımçıların Davranış Kodeksinin 10-cu fəsli yayımçıların şəxsi məlumatlarla əlaqəli əməl etməli qaydaları müəyyən edir. Xüsusilə, ictimai maraq mövcud olduğu hallar istisna olmaqla, yayımçı hər hansı bir şəxs haqqında aşağıdakı məlumatları açıqlamamalıdır:
- Yaşayış yeri
- Telefon nömrəsi
- E-poçt ünvanı
- Digər şəxsi əlaqə məlumatları
Şəxsin razılığı olmadan məxfilik hüququna müdaxilə nəticəsində jurnalistin əldə etdiyi məlumat ictimai marağın şəxsi informasiyanı qorumaq öhdəliyinə üstün gəldiyi hal istisna olmaqla şəxsi məlumatlar hesab olunur.
Kodeksin 10-cu bəndi jurnalistlərə xəbər yayımladıqda əməl etməsi lazım olan ətraflı qaydaları təyin edir. Bu qaydalara aiddir:
- İctimai yerlərdə qeydə alınmış və şəxsi məlumatları əhatə edən şəkillərin istifadəsi;
- Məktəblərdə və dövlət və özəl qurumların binalarında qeyd edilən görüntülərin istifadəsi;
- Telefon danışığının qeydə alınması;
- Ölənlərin, qəza və ya zorakılıq qurbanlarının kimliyi;
- Yetkinlik yaşına çatmayanların kimliyi;
- Şübhəli şəxsin kimliyi;
- Cinsi şiddət qurbanının kimliyi.
İctimai yerlərdə qeydə alınan görüntülər. Yayımçı ictimai yerdə qeydə alınmış görüntülərin, sözlərin və ya hərəkətlərin özəl olmadığını təmin etməkdən ötrü həmin fərd(lər)dən əvvəlcədən razılıq almalıdır.
Məktəblərdə, dövlət və özəl qurumların binalarında qeyd edilən görüntülər. Yayımçıların Davranış Kodeksinin 35-ci maddəsinə əsasən məktəblərdə və ya dövlət və özəl müəssisələrdə, o cümlədən xəstəxanalarda, cəzaçəkmə müəssisələrində və polis məntəqələrində çəkiliş və ya səsyazma müvafiq səlahiyyətli şəxsin razılığı ilə mümkündür. Materialda yaxalanan şəxsin müəyyən edilməsi mümkün deyilsə razılıq tələb olunmur. Məsələn, bir xəstəxanada çəkiliş administrasiyanın razılığı ilə aparılırsa,materialdakı xəstənin kim olduğu müəyyən edilə biləndirsə,bu halda media həmin adamın sağlamlıq məlumatlarını açıqlayır.
Telefon danışığı səs yazmalarının istifadəsi. Telefona cavab verən şəxslə telefon danışığı aparmazdan öncə yayımçılar özlərini təqdim etməli, zəngin səbəbini açıqlamalı və bu zəng mümkün yayım üçün qeydə alındığını bildirməlidir. Jurnalist cavab verən tərəfin razılığını aldıqdan sonra səsi qeydə almalıdır.
Ölən bir şəxsin, qəza və ya zorakılıq qurbanının kimliyi. Qəza və ya zorakılıq qurbanının, və ölən şəxsin görüntüsü müəyyən bir məsafədən qeydə alınmalıdır ki, onlar tanınmasın.
Yetkinlik yaşına çatmayan şəxsin müəyyənləşdirilməsi. Yayımçı materialda müəyyən bir problemi göstərmək üçün yetkinlik yaşına çatmayan şəxsin şəkilindən istifadə etməməli və ümumi kadrlarla materialı əhatə etməlidir. Yetkinlik yaşına çatmayan şəxsin təyin olunması aşağıdakı hallarda mümkündür:
- Cinayəti törədən yeniyetmədirsə və yaxud şübhəli, günahkar və ya məhkum qismindədirsə və yaxud şahid və ya zərər çəkmiş kimi iştirak edirsə;
- Cinsi cinayət və cinayət törətməkdə ittiham olunan yetkinlik yaşına çatmayan şəxs və yaxud cinsi zorakılığın qurbanıdırsa;
Şübhəli şəxsin təyin edilməsi. Şübhəli şəxsin adı cəmiyyətə məlum deyilsə və ya ictimai maraq halında deyilsə,yayımçı şübhəlinin şəxsiyyətini aşkara çıxarmamalıdır.
Cinsi şiddət qurbanının müəyyənləşdirilməsi. Cinsi şiddət qurbanı razılıq verməyibsə və ortada ictimai maraq yoxdursa yayımçı qurbanın şəxsiyyətini aşkara çıxarmamalıdır.
Bəyan edilən halların hamısında yüksək ictimai maraq olduğu və bu əsaslı maraqlar digərlərindən üstün olduğu təqdirdə fərdi məlumatların icazəsiz istifadəsi ilə bağlı qadağaya istisna edilir.
Haqqlarımızın pozulduğunu düşünsək kimə müraciət edək?
Şəxsi məlumatlarımızın məxfiliyi riskə atıldıqda biz aşağıdakılara müraciət edə bilərik:
- Şəxsi məlumatların qorunması müfəttişinə;
- Polisə;
- Media özünü tənzimləmə orqanına (müvafiq bölməyə baxın);
- Məlumat təhlükəyə sosial şəbəkədə məruz qalarsa, müvafiq sosial şəbəkəyə;
Şəxsi məlumatların qorunması müfəttişi. Əgər bizim hüquqlarımız kommersiya təşkilatları, dövlət rəsmiləri və ya fərdlər tərəfindən pozulursa, biz müfəttişə müraciət edə bilərik.
Müfəttiş məlumatların qorunması və onlara cavab vermə ilə bağlı pozuntulara dair sorğuların verilməsi üçün məsuliyyət daşıyır. O,vətəndaşların şikayətləri ilə məşğul olur və pozuntu aşkar edildikdə təşkilatın pozuntuları aradan qaldırmağını tələb edir və zəruri hallarda cərimə tətbiq edir.
Polis. Şəxsi məlumatların qeyri-qanuni toplanılması, saxlanılması, istifadəsi və ya yayılması cinayət işi hesab olunur. Məsələn, əgər kimsə sizin şəxsi video faylınızı icazəsiz kompyuterinizdən yükləyibsə və sosial şəbəkədə yayımlayıbsa, siz polisə müraciət edə bilərsiniz. Müraciətiniz əsasında polis istintaqa başlayacaqdır.
Media özünü tənzimləmə orqanı. Əgər media sizin şəxsi məlumatlarınızı icazəniz olmadan ifşa edirsə və bu məsələdə heç bir ictimai maraq yoxdursa, siz Yayımçıların Apelyasiya Komissiyasına müraciət edə bilərsiniz. Digər media növlərinə gəldikdə isə, Jurnalist Əxlaq Xartiyasına müraciət edə bilərsiniz.
Sosial şəbəkə. Kimsə sizin şəklinizi hər hansı bir sosial şəbəkə səhifəsinə yükləyərsə və ya profil şəkli edərsə, şikayət edə bilərsiniz və məzmunun qaldırılmasını tələb edə bilərsiniz.
Əgər bu hadisə Facebook-da baş verirsə, linkinə klikləyin, silinməli olan məzmunu dəqiqləşdirin və URL düyməsini məzmuna yapışdırın və mesajı yollayın. Həmçinin,Facebook sizə foto və ya video məzmununuzu paylaşan istifadəçini şikayət etmək üçün imkan yaradır. Əlaqəli profil səhifəsinə baxın, istifadəçinin arxa fotosunun sağ küncünə vurun və sonra "Geri dönüş rəyi ver" və ya "bu barədə məlumat ver" düyməsini basın və təlimatları izləyin.
Əgər bu İnstagram-da baş verirsə, linkini izləyin, bir neçə qaçınılmaz sualları cavablayın, əlaqəli məzmunu URL ilə göstərin və şikayəti göndərin.
Youtube-da isə, linkini klikləyin və vacib informasiyalarla olan blankı doldurun.
İstənməyən məzmunun şikayətiniz əsasında sosial mediadan çıxarılacağını öncədən bilmək qeyri-mümkündür. Şirkətlər əvvəlcədən xəbərdarlıq edirlər ki, şikayətiniz əsassız olduğu təqdirdə, yerinə yetirilməməsi mümkündür. Buna görə də, təqdim etdiyimiz daha dəqiq məlumatlarla sorğumuzun həllini tapmaq şansı daha da yüksəlir.
Tarix
Bu rəmzlər bizim eradan 6600-6200 il əvvəl dulusçuluq emalatxanasının sahibinin adını ifadə edir.
Romalılar şəxsi məlumatları bizim eradan 27 il əvvəl qeyd ediblər. Bu, ilk dəfə "doğum şəhadətnaməsi" verildiyi ildir. O, uşağın adını və yaşını göstərir.
İlk selfi. Bu ağlasığmaz görünə bilər, lakin ilk selfi 1839-cu ildə Amerikan fotoqrafı Robert Kornelius tərəfindən çəkilmişdir.
İlk internet rabitəsi. E-poçt 1971-ci ildə məşhur bir Amerikalı kompüter proqramçısı Ray Tomlinson tərəfindən göndərildi. E-poçtun dəqiq məzmunu çoxdan unudulmuşdur.