Media mülkiyyətinin və maliyyələşmənin şəffaflığı
Demokratik cəmiyyətdə media mülkiyyəti və maliyyələşmənin şəffaflığı effektiv plüralizmin mühüm alətidir. Media plüralizmi, digər məsələlərlə yanaşı, geniş anlamda mətbuat orqanlarının redaksiya və əməliyyat müstəqilliyi ilə potensial müdaxilə riski ola biləcək iqtisadi ölçüləri özündə əhatə edir . Mülkiyyətin və maliyyə mənbələrinin tam təsviri media bazarının canlılığını qiymətləndirməyə imkan verir, media sahibləri və reklamçılar daxil olmaqla siyasi və ya kommersiya qüvvələrinin düzənləmə qərarlarının təsir gücünü anlayır.
Avropa Şurasının Nazirlər Komitəsinin üzv dövlətlərə aid etdiyi media plüralizmi və media mülkiyyətinin şəffaflığı məsələlərinə dair CM / Rec (2017x) xx tövsiyəsi media nəşrlərinin maliyyələşdirmə mənbələrini nəzərə almaqla şəffaflığı yüksək səviyyədə təmin etmək və media hesabatlılığın artmasına kömək etmək üçün meyarlar təyin edir. Avropa Şurası aşağıda qeyd olunan məlumatın məqbul təzahürünü sərgiləyən qanunvericiliyin qəbulu və həyata keçməsini təşviq edir:
- Dövlətdən və digər maliyyələşdirmə mexanizmlərindən və (dövlət) reklamçılıqdan, media nəşrləri daxil olmaqla, gəlir mənbələrinə dair məlumatlar
- Dövlət reklamını nəzərə alan digər media və ya reklam şirkətləri, siyasi partiyalar və ya dövlət ilə struktur münasibətləri və ya müqaviləli əməkdaşlıq haqqında məlumat
Avropa Şurası tərəfindən hazırlanmış təlimatlarda üzv dövlətlərə öz daxili qanunvericiliyinə müvafiq müddəaları daxil etməklə media haqqında məlumatlara ictimaiyyətin çıxışını necə təmin etməsi barədə bir sıra tövsiyələr verilir:
- Təlimat Nö 1: İctimaiyyətin media haqqında məlumatlara çıxışı: “Şəffaflıq tələblərini özünə aid edən şəxslərin və ya orqanların hüquq və qanuni mənafelərinə hörmət göstərən bir şəkildə həyata keçirilməlidir. Ticarət və sənaye azadlığı prinsipi ilə, habelə məlumat qorunması, kommersiya sirri, media məlumat mənbələrinin məxfiliyi və yayım sirrlərinin şəffaflığın tələbləri ilə razılaşdırılmasına xüsusi diqqət yetirilməlidir”
- Eyni zamanda müəyyən media növlərinin (yayım, çap, onlayn) müxtəlif tənzimlənmə və siyasət yanaşması bu cür qanunvericiliyin şərtidir.
Tövsiyyələrə əsasən, öhdəliklər media bazarının əmtəə xarakteri, geniş auditoriyaya çıxışı, redaksiya nəzarətinin həyata keçirilməsi, yayım yaxud yayının müntəzəmliyi və mütəmadiliyi kimi faktorlar ilə məhdudlaşdırıla bilər.
Yayım mediası
Informasianın əks edilməsi tələbləri ölkədən ölkəyə dəyişir. Bu məlumat, əsasən, səhmdarlar və onların media şirkətlərindəki mülklərin ölçüsü, dolayı və ya faydalı mənfəətlərini, sahiblərinin siyasi və digər mənsubiyyətlərini, digər şirkətlərdəki media quruluşunun maraqlarını, gəlir mənbələrini və s. təfərrüatları özündə ehtiva edir. Konkret gəlir mənbələrini təyin etməsə də, ümumiyyətlə gəlir haqqında məlumatlar illik hesabatda açıqlanır.
Şəffaflıq tələbləri tək Gürcüstanda yayım media üçün tətbiq olunur: 2011-ci ildə qəbul edilmiş Yayım haqqında Qanunda nəzərdə tutulmuş dəyişikliklər ofşor qurumlara yayım lisenziyası və ya icazə sahibi olmağa qadağa qoyur; yayımçılar benefisiar sahibi açıqlamağa borcludurlar. 2013-cü ildə qanunla nəzərdə tutulmuş əlavə maliyyə şəffaflığı tələbləri bütün yayımçılara hər kvartal izahlı açıqlama da daxil olmaqla reklamçılıq, sponsorluq, telemarketinq, sahib və ya başqa şəxsdən verilən kontribusiya (töhfə) kimi gəlirlər barədə Gürcüstan Milli Kommunikasiya Komissiyasına (GNCC) məlumat verməyi mütləq bildi. Kvartal üzrə maliyyə məruzələrini GNCC-nin veb portalında əldə etmək olar. GNCC-nin tələbinə əsasən yayımçılar habelə öz rəsmi saytında Gürcüstan qanunvericiliyin tələbləri lisenziya şərtlərinin icrasını əks etdirən illik məruzəni, Davranış Nizamnaməsi və əvvəlki ilə aid maliyyələşmə mənbələrini dərc etməlidir.
Məruzəyə müfəttişin rəyi qoşulmalıdır. Yayımçılar həmçinin əvvəlki ilə aid sərmayə həcmi və sərmayə yatıranların adları da daxil olmaqla resurslar və borclar kimi tənzimləyici məlumatları təqdim etməlidirlər.
İctimai Yayımın maliyyələşdirmə modelləri
Media bazarlarının qovuşması fonunda, Avropa Şurası Parlament Assambleyasının 1878 (2009) saylı İctimai Yayım Xidmətinin maliyyələşdirilməsi üzrə Tövsiyyəsi ictimai xidmət yayımçılarını qərəzsiz məlumat və müxtəlif siyasi fikirlərin dəyərli bir mənbəyi kimi qoruyub saxlamaq üçün vacib olduğunu vurğulayaraq eyni zamanda, media birləşmə yolu ilə audiovizual kontentin artmasını nəzərə alaraq ictimai xidmət yayımın maliyyələşdirməsinin ictimaiyyət tərəfindən aşağı səviyədə qəbul etmə probleminə diqqət yetirdi.
-
avadanlıq / lisenziya haqlarının alınması,
-
universal təsərüfat lisenziya haqqı,
-
gəlir vergisi,
-
parlament yardımları,
-
ipoteka sənayesi yığımları.
Onlayn mediya
Media yayım vebsaytında sahiblilik barədə informasiya dərc etmə yaxud məlumatın ictimailəşdirərək təqdim etmə haqqında tələblər media kontentinin arxasında kimin durması barədə cəmiyyəti xəbərdar etmənin təsirli mexanizmidir. Avstriya, Xorvatiya və Türkiyədə hesabat tələbləri bütün üç media sektorunda tətbiq olunur. Avstriya Media Qanununa 2011-ci ildə düzəliş təqdim etdi və birbaşa ictimaiyyətin bütün növ media barədə informasiya ilə tanış olmasını mümkün etdi.
Xorvatiyada qanunla xarici və yerli media Official Gazette-də sahiblik barədə illik təffərüatları dərc etməyə borcludur. Bu informasiyaya səhm mülkiyyətinin həcmi,qazanclı və dolayı maraqlar və ümumi maliyyə və auditoriya aid məlumatlar da şamil edilir.
Şirkət mülkiyyətinə aid məlumatın cəmiiyət tərəfindən asanlıqla əldə edilə biləcəyi nümunəvi ölkə Böyük Britaniyanıdır. Ölkənin Guardian Media Group, Independent News and Media, Trinity Mirror, News International və s.kimi ən böyük media şirkətləri yalnız sahibi barədə məlumatı deyil, həm də rəqəmsal gəlirlər daxil olmaqla ətraflı maliyyə xülasəsini və maliyyə gəlirlərini dərc edir.
Rəqəmsal mənşəli medianın maliyyələşdirmə modelləri ölkələr arasında dəyişir və əsasən aşağıdakılardır:
- reklama əsaslanan,
- abunəliyə əsaslanan,
- ianə əsaslı,
- kraufandinqə əsaslanan,
- və ya sadalanan bütün modellərin kombinasiyası.
Bəzi rəqəmsal xarakterli xəbər mediaları məlumatlara mütləq ödənişli giriş, məlumatlara hesablanmış ödənişli giriş və məqalənin hissə-hissə yox tam şəkildə oxunuşuna ödənişli giriş, daxil olmaqla ödənişli oxu, müstəsna xidmətlər-mobil applikasiyalar, vebsaytda səhnə-arxası-məkana giriş kimi müxtəlif formalardan ibarət abunəlik modelləri tərtib edir.
Donasiyaya və kraudfandinqə əsaslanan modellər yalnız müəyyən yayım siyasətini dəstəkləyən və ictimai xeyir üçün qatqı edən təşkilatlardan yaxud fərdlərin könüllü ianələrindən asılıdır.
İlk kraudfandinqlərdən biri holland vebsaytı olan De Correspondent idi. 2013-cü ildə 8 gün ərzində o, 15 000 - dən artıq şəxsdən kraudfandinq yolu ilə 1 million avrodan çox pul yığmışdır və həmin vaxtdan bu rəqəm artaraq rəsmi 47 000 ödəniş edən şəxs sayına çatdı.
Çap mediası
İtaliya Respublikasının Konstitusiyası "qanun dövri çapların maliyyə mənbələrinin açıqlanmasına dair müddəalar qəbul edə bilər" deyir. Latviyanın Mətbuat və Digər kütləvi media haqqında qanunu mətbu çapı üçün “nəşrin çap tirajı, qiyməti və say(çap vərəqi sayı)” mövqeyini ehtiva edir. Çernoqoriya Media Qanununda çap mediasının dövriyyəsi ilə bağlı məlumatların dərc olunmasına dair hüquqi tələbə baxmayaraq 2016-cı il üzrə Ölkə Media Pluralism Monitoru Hesabatı şəffaflıq öhdəliklərinə uyğun gəlməməsi səbəbindən sanksiyaların tək elektron mediaya aid edildiyindən mətbuat dövriyyəsi və nüsxə satışı haqqında etibarlı məlumat çatışmamazlığı yaranmışdır. Eyni tendensiya Xorvatiya müşahidə olunur. Orada Media Qanunu çap mediası haqqında məlumatları görünən bir yerdə olunmasını tələb edir. Monteneqro kimi Xorvatiyada da ümumi oxucu auditoriyası haqqında məlumatın yoxluğuna cərimə tətbiq olmadığı üçün bu müddəa praktikada heç bir təsir göstərmir.
Çap mediasında dövlət subsidiyaları. Çap mətbuatı üçün subsidiya sistemi Avropada geniş yayılmışdır
Qəzet, media çoxluğu və müxtəlifliyi yox olmasının qarşısını alma hədəfi çap mətbuatının ictimai maliyyələşməsinə əsas verir.
XIX-cu maddə iki növ subsidiyanı fərqləndirir:
1. Bütün sənayenin bu qaydadan yararlanan zaman imtiyazlı vergi dərəcələri və ya vergi istisnası formasında dolayı ictimai dəstək;
2. yaxud dövlət tərəfindən kredit və ya nağd vəsaitin məhdud abunəli və reklamdan qazanan ixtisaslaşmış yaxud azlıq üçün nəzərdə tutulmuş qəzetlərə birbaşa subsidiya.
Sistem ilk dəfə, İkinci Dünya müharibəsindən sonra plüralizmi və geniş məlumat mənbələrinə girişi təşviq etmək üçün Fransa höküməti tərəfindən təklif edilmişdir. Çap Mediasını Subsidiya edən Proqramlar Avstriya, Norveç, Isveç və Finlandiya kimi sosial rifahlı ölkələrdə geniş yayılıb. Halbuki ƏDV-ndən azad olma formasında dolayı subsidiya sistemi liberal iqtisadi siyasət və güclü mətbuat şirkətlərinin qovuşması olan Almaniya və Birləşmiş Krallıq kimi ölkələrdə mövcuddur.
Avropa ölkələrində birbaşa subsidiyaların paylanması adətən qanunvericiliklə tənzimlənir və müstəqil dövlət orqanı tərəfindən icra olunur. Birbaşa subsidiyalar, əsasən, çap, dövriyyə, paylama və s. kimi əməliyyat xərclərini əhatə edir.
- Çap mediasına aid dövlət yardımı üzrə XIX-cu Maddənin tövsiyyələri müvafiq sahədə dövlət siyasətinin inkişafı üçün aşağıdakı meyarları özünə daxil edir:
-
Çap mediasına dövlət subsidiyalarının təqdim edilməsi qanuna əsaslanmalıdır;;
-
Qanun media plüralizmi və mədəni və linqvistik çeşidliliyin qorunması kimi məqsədlər daşımalıdır;
-
Birbaşa və ya dolayı subsidiyalar ədalətli və neytral bir şəkildə qanun çərçivəsində ayrılmalıdır. Qəzetin siyasi məzmunu və ya yayın siyasətinə əsaslanan subsidiya verilməsinə qadağa haqqında qanunda açıqlıq olmalıdır;;
-
Dolayı subsidiyalar bütün qəzet və jurnallar üçün mövcud olmalı;
-
Birbaşa subsidiyalar ədalət və neytrallıq meyarları üzrə müstəqil qurum tərəfindən paylanmalıdır;
-
İctimai fondlarını paylaşan qurum ictimai fondların paylanmasına dair parlamentə illik ictimai hesabat verməlidir;
-
hüquqi forması nəzərə alınmadan, ictimai vəsait alan çap mediası illik auditdən keçməli və audit hesabatını ictimailəşdirməlidir;
-
Qəzet birbaşa subsidiya verməkdən imtina haqqında məhkəmə qərarları barədə appelyasiya etmə hüququna malik olmalıdır.