Foto manipulyasiya
Təqdim olunan vizual materialı və onu müşayiət edən məlumatları tənqidi qiymətləndirmək üçün vizual manipulyasiyanın yayılmış formalarını və onların yoxlanılması vasitələrini bilmək vacibdir. Şəkil və video manipulyasiya nümunələrindən sonra əyani manipulyasiya məsələlərini müzakirə edək.
FOTO MANİPULYASİYA NÖVLƏRİ
İctimaiyyəti yanıltmaq üçün aşağıdakı materiallar istifadə oluna bilər:
- saxtalaşdırılmış və ya manipulyasiya edilmiş şəkil. Bir qayda olaraq, bu cür şəkillər aldadıcı (çaşdırıcı) başlıqlarla müşayiət olunur.
- Səhnələşdirilmişdən daha çox real hadisəni göstərmək üçün istifadə edilən film fraqmenti, reklam, qrafik oyun.
- Hadisəni təsvir edən başlığa uyğun olmayan orijinal şəkil
Fotoşəkillərin tənqidi təhlili və onların yoxlanılması aşağıdakıları müəyyənləşdirməyə kömək edir:
- Gerçək faktlar - Bir fotoşəkilin doğruluğunun yoxlanılması nəticəsində gerçək faktları aşkar edib dezinformasiyanı ifşa edə bilərik və ya əksinə, bir fotoşəkil vasitəsilə ortaya çıxan faktlar bizə gerçək hekayəni yenidən qurmağımıza kömək edə bilər.
- Orijinal şəkillərin təxmini dərc olunma tarixi - Fotoşəkil çəkilişində təsvir edilən hadisənin fotoşəkilin yayımlanmasının və yayılmasının tarixinə uyğun olub-olmadığını müəyyənləşdirməyə kömək edir.
- Foto üzərində manipulyasiya edilib mi? - Dezinformasiya müəllifinin məqsədini aşkar etmək üçün, fotonun hansı hissələrinin və nə dərəcədə dəyişdirildiyini biləmk vacibdir.
Şəkil yoxlama alətləri:
Google Image Search
Google Image Search-ə şəkli yükləməklə onu axtarmaq mümkündür: 1) eyni şəkil; 2) ona aid mətn; 3) şəkil yerləşdirilən veb sayt.
Addım 1: Google Image Search mühərrikində yoxlamaq istədiyiniz şəkli öz komputerinizdə saxlayın (save as).
Addım 2. Saxlanılmış şəkli Google Image Search-ə yükləyin və ya birbaşa Google Chrome ilə yoxlayın.
images.google.com veb səhifəsinə daxil olun, şəkil yükləmək və ya şəklin URL-ini yapışdırmaq – bu iki variantını təklif edən Image by Search-i klikləyin; əgər fotonu saxlamısınızsa Şəkil Yüklə-ni klik edin; sonra Faylı Seçin ve kompyuterinizdən şəkli seçin seçin. Sonra, kompyuterinizdən şəkli axtariş qutusuna gətirin. Bir fotoşəkil yükləmək əvəzinə şəklin URL'sindən istifadə edərək axtarış edə bilərsiniz. Sadəcə şəkilə sağ tıklayın və Copy İmage Address seçin; sonra Paste Image URL'ə basın.
Əgər Google Chrome brauzerindən istifadə edirsinizsə, şəkli yükləməyə və kompyuterdə saxlamağa ehtiyac yoxdur. Yoxlanılmalı olan şəkilə sağ klik edin, sonra Search Google for Image seçin və sizing nəticələrlə yeni pəncərə açılacaq.
Addım 3. Axtarış motorunun nəticələrini diqqətlə analiz edin. Axtarış motorları imkan verir ki, bir sorğu vasitəsilə müxtəlif məlumat mənbələrini axtara biləsiniz. Təbii ki, bütün materiallara etibar etmək olmaz. Ona görə çox vacibdi ki, ən etibarlı mənbələri seçib onları dəyərləndirəsiniz.
Fotonun yayımlanma tarixi
Hər zaman mümkün olmur ki, görüntünün orijinal mənbəyini müəyyən edəsiniz. Buna baxmayaraq, müəyyən vaxta işarə edən axtarış nəticələrinin bəzi informasiya dəyəri ola bilər. Məsəl üçün əgər foto 2018-ci ildə baş vermiş hadisəni təsvir etmək üçün istifadə edilirsə və axtarış göstərir ki, bu foto bəzi vebsaytlarda 2014-də post edilib, bu detal bizə kömək edə bilər ki məlumatı yoxlayaq. Daha öncəki tarixin başlığı sizə faktları müqayisə etməyə kömək edəcək.
Fotonun yayımlanmasının dəqiq və ya təxmini vaxtını müəyyən etmək üçün, Google Search axtarışından sonra, Tools-a sağ klik edin ki digər axtarış variantlarını görəsiniz; sonra Time seçin. Sağ klik etdikdən sonra, müxtəlif zaman variantları çıxacaq. Custom Range seçin və sizə maraqlı olan vaxt kəsimini işarələyin.
TinEye
TinEye bir geriyə yönəlmiş görüntü axtarış motorudu və iş prinsipi Google Image Search ilə eynidi.
TinEye göstərir:
- Müxtəlif vebsaytlarda, blog və forumlarda olan eyni şəkillər;
- Yayımlanma tarixi;
- Eyni resursda bir şəkil neçə dəfə post edilib.
Fotonun doğruluğunu yoxlama prosesini asanlaşdırmaq üçün, TinEye Compare Match funksiyasını təklif edir. Bu funksiya kömək edir ki, axtardığımız şəkil ilə nəticədəki şəkli qarşılaşdıraq. Switch düyməsinə klik edərək iki şəkil arasındakı fərqləri görə bilərsiniz.
TinEye imkan verir ki, axtarış nəticələrini vaxt, oxşarlıq, dəyişiklik və ölçü üzrə sıralayasınız. “Ən köhnə” variantı (oldest) yayım tarixinə uyğun şəkilləri köhnədən yeniyə doğru sıralayacaq. Bu funksiya sizə təxmini yayım tarixini müəyyən etməyə kömək edəcək.
Tineye sizin axtardığınız şəkilləri saxlamır və bu da axtarışın konfidensiallığı baxımından vacibdi.
Yandex:images
Yandex image axtarış funksiyası Rusdilli veb portallarında istifadə edilmiş şəkillərin axtarışı üçün yaxşı resursdur.
yandex.com/images girin və şəkli yükləyin. Sonra Search klikləyin. Sistem sizə veb portallar, bloqlar, forumlar, Rusdilli sosial şəbəkələrdə yerləşdirilmiş bənzər şəkillər və resursları göstərəcək.
Baidu
Baidu ən böyük Çin axtarış motorudu, burada digər motorlarda olduğu kimi şəkil axtarişı funksiyası var. Baidu Çin veb portallarında şəkil axtarmaq üçün çox faydalı alətdir; Google, TinEye və Yandex axtarışları ilə eyni prinsiplərlə işləyir. Həm yükləmə həm də URL yapışdırmaqla axtarış etmək olar. Baidu Çin dilindədir amma Google Translate sizə onun funksiyalarını rahat anlamağa yardım edəcək.
RevEye Chrome Extension
RevEye Chrome Extension axtarış motoru istənilən vebsaytda yerləşdirilmiş şəkli axtarmağı asan edir. Siçanın kursorunu post edilmiş şəklə yaxınlaşdırın və sağ klik edin. Ondan əvvəl isə biz Google Chrome axtarış motoruna RevEye Chrome Extension-u əlavə edirik. Bu məqsədlə biz Chrome Web Store-a giririk, axtarış sahəsində RevEye Chrome Extension yazırıq və Add to Chrome düyməsinə basırıq.
İstənilən fotoya siçan kursorunu yaxınlaşdırdıqdan və sağ klikdən sonra, yeni funksiya olan Reverse Image Search funksiyalara əlavə olunacaq. Bu funksiya Google, Bing, Russian Yandex, TinEye və Baidu motorlarında şəkili birbaşa axtarır. Əgər biz eyni anda bütün axtarış motorlarında şəkil axtarmaq istəyiriksə, biz All Search Engines düyməsini basmalıyıq.
Şəkil axtarış motorları sizə orijinal bir şəkil və onun müəllifini tapmaqda kömək edəcəkdir. Belə bir halda şəkil lisenziyalı məlumat bazalarına və ya rəsmi arxivlərə qoyulur. Burada şəkillərlə yanaşı foto haqqında məlumat, fotoqrafiya yeri, tarix və təsvirdə olan hadisə də qeyd olunur.
Şəkil metaməlumatlarından istifadə edərək şəkilin müəyyən edilməsi
Bizə maraqlı şəkilləri axtarmaq üçün istifadə etdiyimiz axtarış motorları ilə yanaşı, şəkilləri həm də onların metaməlumatları vasitəsi ilə yoxlaya bilərik. də doğrulayırıq. Cib telefonu və ya rəqəmsal kamera tərəfindən çəkilən hər hansı rəqəmsal şəkilin metadatası var.
Metadata bu şəkil çəkən müəllif, istifadə olunmuş kameranın tipi və çəkilişin yerini daxil edən məlumat məcmusudur. Metadata ayrıca şəklin ölçüsü və faylın ölçüsünü kimi detalları təsvir edir.
Metadata təhlili fotoşəkilin identifikasiyası baxımından vacibdir və onun orijinallığını müəyyənləşdirir. Müəllif hüquqlarının qorunmasını təmin edir. Şəkillərin metaməlmatlarını müəyyən etmək və onları tənqidi analiz etmək üçün pulsuz onlayn resurslar mövcuddu.
Jeffrey's Image Metadata Viewer
exif.regex.info veb portalına daxil olun və müvafiq sahədə metaməlumatı müəyyən etmək üçün.
- “Choose Photo” klik edin və müvafiq foto və ya onun URL-ini yükləyin.
- Təhlükəsizlik məqsədi üçün alət sizdən istəyə bilər ki, robot olmadığınızı təsdiqləyən qeyd edəsiniz.
- View Image Data düyməsinə basın
Alət göstərir:
- Fotonun müəllifi/sahibi;
- Media orqanı və ya şirkətin adı, əgər müəllif şəkil çəkildiyi zaman o təşkilatın işçisi idisə;
- Fotonun adı/başlığı;
- Yer;
- Tarix;
- Şəklin və faylın ölçüsü;
- Qısa təsvir (əgər varsa);
- Format;
- Rezolyusiya.
Yüklənmiş şəkil alətin göstərdiyi metaməlumatın həcmi və tipologiyasını böyük mənada müəyyən edir. Rəqəmsal kamera və ya cib telefonu ilə çəkilmiş şəkillər datanın əksəriyyətini təşkil edir. Vebsaytlara yüklənmiş şəkillərdə daha az data var çünki onlar orijinal deyil. Əlavə olaraq, mümkündür ki, internetdən endirilmiş və sonradan yüklənmiş şəkildə heç bir data olmasın. Sosial şəbəkə və vebsaytlar yüklənmiş orijinal şəklin ölçüsünü avtomatik olaraq kiçildir. Beləliklə, endirdikdən sonra bizim şəkillər həcmdə daha kiçikdir. Və o zaman metaməlumatın ciddi hissəsi itmiş olur.
Exif Data Viewer.
Metaməlumatın müəyyən edilməsi və analizi üçün çox faydalı vasitəsdir və Jeffrey's Image Metadata Viewer ilə eyni prinsiplə işləyir.
- www.exifdata.com veb portalına daxil olun;
- Choose File ilə foto və ya şəklin URL-ini yükləyin;
- Upload klik edin və nəticələrə baxın, onlar axtarış sahəsinin sol hissəsində xülasə və ətraflı analiz kimi təqdim olunub.
Bu vasitədən istifadə edərkən nəzərə almalıyıq ki, yüklənən faylın ölçüsü 20 meqabaytdan çox olmamalıdı. Bundan əlavə, Exif Data Viewer PG/JPEG, TIFF, GIF, PNG, PSD, BMP, RAW, CR2, CRW, PICT, XMP, DNG fayllarını tanıyır.
Metapicz metadatanı görüntüləmək üçün digər bir alətdir.
metapicz.com veb portalına daxil olun, Select düyməsini seçin və kompyuterinizdən və onun metaməluumatına baxın.