Tarixin saxtalaşdırması
Tarixi saxtalaşdırma geniş yayılmış təbliğat üsuludur, bu zaman maraqlı olan tərəf siyasi məqsədlərə nail olmaq üçün tarixi faktalrı inkar edir və keçmişi dəyişdirir. Tarixi sənədlər, statistika və mənbələr saxtalaşarkən etibarsız mənbələr etibarlı hesab edilir. Tarixdən sui istifadə etmənin məqsədləri– cəmiyyətin toparlanması, düşmən imici yaratma, düşmənə qarayaxma, qüvvə illuziyası yaratma və başqaları - təbiətcə əsasən siyasidir. Alimlər bu üsulu “imtinaetmə”, “inkaretmə” və “revizionizm” adlandırır.
Tarixi revizionizm (inkar)
tarixi revizyonizm, tarixi yenidən yazma, əhəmiyyətli tarix faktları inkaretmə, azaltma dəyərini yaxud imtinaetmə yolu ilə yenidən yozmaqdır.
Tarixi manipulyasiya etməyin 4 əsas kateqoriyası var:
-
Avtoritar rejimin törətdiyi cinayətləri inkar etmə yaxud onlara bəraət qazandırma;
-
Avtoritar qaydaları ideallaşdırmaq/romantizm qatmaq;
-
Tarixi travma uydurmaq;
-
Keçmişə aid nostalji oyatmaq.
Avtoritar rejimin törətdiyi cinayətləri inkar yaxud bəraət qazandırma
Avtoritar rejimlər tərəfindən törədilən cinayətləri inkar etmə tarixi inkarın əsas istiqamətidir. Bu üsul yalnız müasir təbliğatçılar tərəfindən deyil, diktatorların da özləri tərəfindən istifadə olunur.
Heç bir avtoritar hökmdar heç vaxt xalqa qarşı törətdiyi zülm barədə məlumatın yayılmasını istəməyib. Tarixin inkarı yalnız keçmiş hadisələrə, məsələn, Holokosta aid deyil.
Bəşər Əsədin Suriyada mülki əhaliyə qarşı həyata keçirdiyi kimyəvi hücumunun olub olmamasının sual altında olması belə bir inkarın nümunəsidir.
Nümunələr:
1. Holodomorun inkarı;
2. Xatın hadisələrin saxtalaşdırılması;
3. Əsəd tərəfindən kimyəvi silahdan istifadənin inkarı.
Müəyyən qrupların xalqa qarşı zülmün olmasını inkar edib izlərini tarixdən silməyə çalışarkən bəzi insanlar belə hadisələri inkar etməsədə fərqli səbəblərə görə onlara bəraət qazandırır. Nağılçılıq və əhəmiyyətsizləşdirmə həmçinin belə üsulunun bir hissəsidir.
Nağılçılıq üsulundan istifadə edilərkən ittihamlara və kompleks məsələlərə qarşılıq vermə əvəzinə ya əks ittihama əl atılır yaxud diqqət başqa mövzuya qaçırdılır, bu surətlə diqqət tənqid obyektdindən yayındırılır və/yaxud səhv misal gətirmə və manipuyativ əxlaq söhbətləri ilə obyektə haqq qazandırılır.
Əhəmiyyətsizləşdirmə bir hadisənin əhəmiyyətini azaldır/dəyərsizləşdirir.
Misallar:
1. Stalinə və 1937-ci il repressiyalarına bəraət qazandırma;
2. Litvanın Sovet Ordusu tərəfindən işğalı;
3. Molotov-Ribbentrop Paktına bəraət qazandırma.
Dikator və avtoritar rejimləri ideallaşdırma/romantikləşdirmə
Avtoritar rejimlər kimi diktatorlar tez tez ideallaşdırılır. Bu tək təbliğat qruplarına yox kütləvi mədəniyyətə də xasdır. Fidel Kastro, Çe Quevara,Kommunist rəmzlərinin qısaqol köynəklərdə əks edilməsi, zahirən onlara özün bənzətmə və başqa formalarda romantikləşdirilməni misal göstərmək olar. Sovet liderlərinin romantikləşdirilməsi Gürcüstan reallığına xasdır.
Misallar:
1. Stalini dini xadim və kilsələri ucaldan kimi təqdim etmə;
2. Lavrenti Beriyanı ideallaşdırmaq;
3. Rifah ölkəsi yaratdığını iddia edərək Muammar Qaddafini ideallaşdırma.
Tarixi travmanı şişirtmək
Psixoloqlar və sosioloqlar xüsusi bir mədəni qrupun bir çox nəsil boyu yaşadığı travmanı tarixi travma adlandırır. Tarixi travma kumulyativ və kollektivdir və müxtəlif mədəniyyət qruplarında emosional və psixoloji baxımdan özün göstərir.
Spesifik qruplar tərəfindən siyasi məqsədlərə nail olmaq üçün tarixi travmalar şişirdələrkən psixo social ölçüdən əlavə onlara siyasi ölçülər xas edilir.
Bu üsulun hədəfi içində güvənsizlik və gərginlik yaratmaq üçün münbit zəmini olan bütün ölkələrdir.
Tarixi travma uydurulması üçün tipik keçmişin problem və hadisələri müasir kontekstə yerləşdirmə və spesifik etnik ya milli qrup yaxud dövlətdə emosiyalara söykənən nifrət oyatmaqdır. Nifrət nitqi və diqqəti real problemlərdən keçmişə sürüşdürulməsi belə hadisələrdə tez tez istifadə olunur və cəmiyyət spesifik qrup əleyhinə toparlanır.
Tarixi travmaların şişirdilməsi hekayələrin nümunələri:
1. Gürcüstan NATOya qoşulsa Türk Ordusu Samtsxe-Cavaxetidə yerləşdiriləcək, etnik Ermənilərlə Türklər arasında münaqişə yaranmasına səbəb olacaq;
2. Rusiya işğalçıdırsa, Türkiyə də işğalşıdır;
3. Qars Müqaviləsinin 2021-ci ildə vaxtı bitir, Rusiya Gürcüstanın ərazi bütövlüyünə zaminliyi dayandıracaq və Acara ərazisi yenə də Turkiyənin bir hissəsi olacaq;
4. Qərbi Karpatiya (Zakarpatiya) Ukraynanın bir hissəsi olmalı deyil və beləliklə müstəqil olmalıdır;
5. Ukrayna Polşanın tarixi düşmənidir. Bu gün Ukraynada azğın faşizm var və Polşanın kütləvi qırğınlarını törətmiş insanlar bu gün vəzifədədir.
Keçmişə aid nostalji oyatmaq
Sovet İttifaqı üçün nostalji oyatmaq və tarixi faktları saxtalaşdırmaqla qeyri-müəyyən imic yaratma Gürcüstan daxil olmaqla keçmiş Sovetdən olan ölkələrdə, xüsusilə fəallıqla istifadə olunan təbliğat metodlarından biridir.
Bu metodun bir hissəsi Sovet İttifaqını qüvvətli olaraq təqdim edir və totalitar liderlərini yalnız icra etdikləri sosial-iqtisadi islahatlar kontekstində müzakirə edir və bu islahatları ideallaşdırır Təşviq edilən ideya, Sovet İttifaqının bir hissəsi olduğunda Gürcüstanın güclü və inkişaf etmiş bir dövlət olmasıdır. Eyni zamanda faktlar və statistik məlumatlar auditoriyaya natamam və ya kontekstdən kənarda təqdim olunur.
Nümunələr:
1. Stalin ən demokratik lider idi;
2. Sovet İttifaqında söz azadlığı qorunurdu;
3. Çiaturanı Stalin tikdirmişdi.
Saxtalaşdırılmış tarixin halların necə təyin və tədqiq etməli
Tarixin saxtalaşdırılması hallarını müəyyən etmək və doğrulamaq üçün bir parçada təqdim olunan mənbələri tənqidi şəkildə təhlil etmək və bu mənbələrin etibarlılığını qiymətləndirmək vacibdir. Bir qayda olaraq, belə ədədlərin müəllifləri ya 1) etibarsız mənbələrdən istifadə edir və ya 2) kontekstdən kənar mənbələrin təfsiri ilə manipulyasiya edir.
-
Naməlum əsilli, dayanıqlı nüfuzu olmayan və ələxsus uydurulmuş mənbələr tez-tez etibarsız mənbələr kimi istifadə edilir.
Baxmayaraq ki Vikipedia kifayət qədər məşhur və tanınmış onlayn ensiklopediyadır, platformanın formatını nəzərə alaraq belə qənaətə gəlmək olar ki, ona istənilən şəxs istənilən zaman düzəliş edə biləcəyindən onu etibarlı mənbə kimi qəbul etmək olmaz. Öz səhifəsində dərc olunan məlumatların düzəliş edilmə prosesində olma və ya doğru olmama ehtimalı səbəblərindən Vikipediya özünü etibarlı bir mənbə kimi görmədiyini işarələyir. Qeyd edilməlidir ki, Vikipediya könüllü layihədir və ona daimi nəzarət yoxdur. Bir qayda olaraq, Vikipedia məqalələrində hər bir məlumatın mənbəyini göstərən istinadlar var. Həmin linklərə gedin, etibarlılığına bələd olun və məlumatın düzgün olmasına əmin olun. -
Bəzən göstərilən tarixi mənbələr və ya sənədlər etibarlı olsa da, onların təhlili və təfsirindən sui istifadə olunur, kontekst təhrif olunur yaxud məlumatlar qərəzli şəkildə təqdim olunur.
Misal kimi dövlət qeydiyyatı ilə qeyd olunan ölümlərin sayının (ЗАГС) qıtlıq qurbanlarının sayına uyğun gəlməməməsi və kifayət qədər aşağı olması səbəbindən Ukraynadakı Böyük Aclığın (Holodomor) olması inkar olunur, Sovet hakimiyyətinin bunu süni şəkildə meydana gətirdiyi iddia olunurdu.
Bu iddiada ZAGS qeydlərinin natamam olmamaması və 1937-ci ildə hesablamanı təhrif etdiyi üçün. Mərkəzi Statistika İdarəsinin Əhali ilə iş Şöbəsinin rəis müavini Mixail Kurmanın həbsi və Stalin tərəfindən 10 il konsentrasiya düşərgəsinə göndərilməsi faktı nəzərə alınmamışdır...
ABŞ-ın Holokost Memorial Muzeyi tarixi hadisələri təsvir edərkən tarixi mənbələrin qiymətləndirilməsinə dair [və] ilk və ikinci qaynaqların necə istifadə edilməsi barədə qısa təlimatları dərc etmişdir. Onları təhlil edərkən üç aspektə diqqət yetirilməlidir: 1) etibarlılıq; 2) kontekst; və 3) perspektiv.