Saxta xəbərlər
Yanlış məlumatlandırma bir termin kimi həm də təbliğat anlayışını müəyyən etmək üçün istifadə olunur. İctimaiyyəti çaşdırmaq məqsədi ilə qəsdən saxta məlumatı yaydığına görə ona qara təbliğat kimi də baxıla bilər. Termin mənşəyini rus Dezinformasiya («Дезинформация») sözündən götürür. Sovet İttifaqının Dövlət Təhlükəsizliyi Komitəsində (KQB) qara təbliğat ilə məşğul olan Dezinformasiya adlı şöbə mövcüd idi.
Saxta Xəbərlər
Saxta xəbərlər faktların qəsdən təhrif edildiyi və saxtalaşdırıldığı informasiya parçasıdır. Saxta məlumatlar həm sosial media həm də ənənəvi üsülla iki mümkün məqsəd ilə yayıla bilər:
-
Siyasi - daxili siyasi məqsəd daşıyan yaxud xaricdən təsir edənlərin maraqlarında – buna informasiya təsiri ilə bağlı fəaliyyət deyilir;
-
Maddi mənfəət üçün – “klikbeyt” adlanan mexnizm insanları sensasiyalı başlıqlarla və saxta xəbərlər cəlb edir və kliklərdən pul qazanır.
Saxta məlumat üç şərti növə bölünür:
-
Uydurma xəbərlər – fabrikasiya;
-
Manipulyativ kontent;
-
Satira və yumor.
Yarı gerçək: - Özündə həqiqətin elementlərini daşıyan məlumat. Bu informasiyanın çoxu düzgün ola bilər, lakin tərkibində düzgün olmayan yaxud saxta kontekstdə təqdim olunan, söz , cümlə, iki mənalı manipulyasiya edilə bilən sözlər və sairə daşıya bilər. Həqiqət ilə yalanı qarışdırmağın məqsədi insanları çaşdırmaqdır.
Rəqəmlərlə manipulyasiya: Rəqəmlər spesifik vaxtı və mühiti nəzərə almadan kontekstdən kənar istifadə edilə bilər. Arqumentlərinə etibarı artırmaq üçün manipulyasiyanın müəllifi diqqəti rəqəmlərə yönəltməyə cəhd edir. İstinad edilən rəqəmlər dəqiq olsa da xüsusi faktları nəzərə alaranda aidiyyətsizdir.
Saxta kontekst: Məlumat düzgün olsa da, kontekst səhv və yanıldıcı ola bilər.
Uyğunsuzluq: Başlığı/görüntüsü/təsviri baş vermiş hadisə ilə uyğun gəlməyən məlumat.
Saxta məlumatın müəyyənləşdirməsinin 5 yolu
Mənbənin etibarlığını yoxlayın
- Domenin adı: “.com.co”, “.co” kimi qeyri-adi sonluqlarla bitən saytlara etibar etməyin.
- Bəyanat missiyası: “Bizim haqqımızda” bölməsini yoxlayın. Məlumat satirik və həqiqəti əks etdirməyən ola bilər.
- Müəllif: Xəbər müəllifinin kimliyini yoxlayın. Əvvəllər onun adını eşitmisniz? Başqa məqalələr yazıbmı yaxud başqa yazıları olubmu, olubsa hansı mövzularda? Onunla əlaqə saxlamaq mümkündürmü ? Müəllif hansı nüfuza malikdir?
- Sitatlar: Materialda istifadə edilən sitatların düzgünlüyünü yoxlayın . Kimə aiddir? Sitatların müəllifi dəqiq göstərilib? Yadda saxlayın ki, sitat və müəllifi düzgün göstərilə bilər lakin müəllif bəlkə bunu tamam başqa mənada deyib.
- Mənbələr: İnformasiyanın aidiyyəti üzrə mənbələr tərəfindən dəstəklənməsinə diqqət yetirin. Həmin mənbələrin etibarlılığını şəxsən yoxlayın. Bu məlumat ilkin mənbədən yayılanla uyğun gəlirmi? Təbliğat qrupları adətən statistika ilə manipulyasiya edir, buna görə statistik məlumatın alındığı mənbəni, araşdırma aparan müəssisəni tapın və araşdırma üsullarının etibarlı olub olmadığını yoxlayın.
Tək başlığı oxumağla qənaətlənməyin: Yazıda başlıq və məlumatlar arasında Tez-tez başlıq ilə yazıdakı məlumatlar arasında uyğunsuzluq olur, buna görə məqalənin özünü oxumaq vacibdir.
Tarixi yoxlayın: Təbliğat qrupları köhnəlmiş məlumatları verilən kontektsə uyğun olaraq tez-tez yayırlar, bununlada istifadəçiləri çaşdırırlar. Bundan əlavə, tarixin yoxlanılması bizə yazının özünü yoxlamağa kömək edir.
Eyni məlumatları digər mənbələrdə də axtarın: Yazının yalnız bir məlumat mənbəyi yaxud başqa media qurumları tərəfindən də yayıldığını yoxlayın . Eyni məlumatları yayan media qurumlarının etibarlılığı və nüfuzuna diqqət yetirin Bu, yayılmış xəbərlərin həqiqi və ya saxta olduğunu müəyyənləşdirməyə kömək edəcəkdir.
Saxta məlumatın işarələri
Sosial şəbəkələrdə:
- məlumatın yayıldığı şübhəli səhifələr;
- inanılması mümkün olmayan, sarsıdıcı məlumat;
- müəyyən məlumatların geniş yayılması;
- Orijinal mənbənin göstərilməməsi.
TV mediayada:
- İnanılmaz hekayələr;
- Narahatedici və emosional ritorika;
- Göstərilən şəkillərlə jurnalistin şərhləri arasında uyğunsuzluq;
- Jurnalist tərəfindən qiymətləndirici ritorika;
- Yoxlanılması mümkün olmayan “şahid ifadələri”
Çap və onlayn mediada:
- Identifikasiya edilməmiş mənbələrdən istifadə etmək, yoxlanılması mümkün olmayan şayiələr;
- Bir-birinə aid olmayan hadisələri süni şəkildə bir hekayədə birləşdirmə;
- İnsanları, baş vermiş hadisələri təsvir edərkən emosiyalarla dolu ifadələri işlətmə;
- Qəti mülahizəli qiymətləndirmə;
- Hərəkətlərə çağırış.