Medianın vəzifəsi və funksiyaları
Media (Latın dilində medium) müxtəlif cür xəbərlərin , əyləncəli və tədris məlumatının, statistik rəqəmlərin, reklam və başqa məzmunun ötürüldüyü kommunikasiya kanalına deyilir. Birbaşa kommunikasiya əvəzinə məlumat və başqa məzmun bir neçə üsulla ötürülə bilər:
- Çap – qəzetlər, jurnallar, bülletenlər, kitab, komiks və s;
- Vizual – TV, filmlər, fotolar, şəkillər;
- Audio – radio, musiqi, CD, MP3 fayllar;
- Rəqəmsal – Internet, sosial media, e-mail, video oyunlar.
Media yeddi əsas funksiyaya malikdir
- Məlumatlandırma. Medianın əsas vəzifəsi vətəndaşları özünüidarəetmə və vətəndaş azadlıqlarından yararlanma üçün lazım olan məlumatla təmin etməkdir. Demokratik cəmiyyətdə insanlar məlumata əsaslanan qərarlar qəbul edir və buna görə də məlumatlı vətəndaş demokratik prosesdə mühüm rol oynayır. Media, öz növbəsində, cəmiyyəti müxtəlif, etibarlı və dəqiq məlumatlarla təmin etmək üçün bələdçidir.
- Maarifləndirmə. Media yalnız məlumatla yox kontekstlə də təmin etməli və bu və ya digər siyasi qərar yaxud qanunun cəmiyyətə necə təsir edə biləcəyini izah etməlidir.
- İzləmə (gözətçi). Əsas vəzifələrindən biri hakimiyyətin üç qoluna - qanunverici, icraedici və məhkəmə - nəzarət etmə səbəbindən mediaya habelə dördüncü hakimiyyət kimi də müraciət edilir. Bu səbəbdən medianın bu funksiyası gözətçi adlanır. Media şübhəçi şəkildə hakimiyyətin fəaliyyətini və mesajlarını dəyərləndirib onun hesabatllılığı və şəffaflığının əminliyini yoxlayır.
- İctimai forum. Media cəmiyyətə ictimai tənqid və debatlar platformasını təqdim edir, bu da fikir müxtəlifliyinə əminlik yaradıb pluralizmi dəstəkləyir. Vacib məsələlər üzrə ictimai debatlar faktlara əsaslanmalı və bu prosesdə media moderator kimi çıxış edir.
- Vəkillik (advokasi). Media vasitəsilə qərar qəbuletmə prosesinə təsir göstərir.
- Əyləncə. Əyləncə medianın fəaliyyətlərindən biridir. İstehlakçılar tez-tez mediadan dinclik gətirən və əyləndirən məzmun gözləyir. Film, serial, idman proqramları və müxtəlif əyləncəvi şoularla media əyləncə vəzifəsini yerinə yetirir.
- Satış. Media, məhsulların, xidmətlərin və ideyaların təşviqi və satışı üçün məkan, yəni reklamların ötürülməsi və müəyyən xidmətləri insanlara təqdim etmək üçün əsas vasitədir.