Mediada özünü tənzimləmə və hesabatlılıq
Sosial məsuliyyət modeli, mətbuatın cəmiyyət üçün məsuliyyət daşıması və istehlakçıların media məzmuna aid şikayətlərinə qarşılıq verməsini nəzərdə tutur. Cəmiyyət və media arasında əməkdaşlıq Tomas Hobbsun "sosial müqavilə" prinsiplərinə əsaslanır. Fərdin maraqlarına tək öz hərəkəti yox başqalarının da hərəkətlərinin təsir etməsini unutmayaraq insanların qaydaları qəbul etməsi və onlara riayəti vacibdir. Müəyyən bir hərəkətə görə məsuliyyət daşıyan şəxs bu hərəkətin nəticələri üçün də məsuliyyət daşıyır. Məsuliyyətli şəxs xaricdən təzyiq və təsir olmadan öz işinə aid qərar verməyə kifayət qədər müstəqil və ya azaddır. Müstəqillik isə peşəkarlıq anlayışının nüvəsidir.
Jurnalistlər obyektiv rəylərin düzgün və tənzimlənmiş təsviri daxil olmaqla cəmiyyət üçün vacib hadisələrin çatdırılmasına cavabdehdirlər. Hesabatlılıq, bir qayda olaraq, öhdəyə götürülmüş vəzifələrə aid hərəkətlərə qınaq göstərmə və ya rəğbətləndirilməni özünə daxil edir. Media nümayəndələrinin etik davranışı onların mənəvi öhdəlikləri ilə əlaqəlidir:
- Özünə qarşı - nüfuzunu qoruma;
- Müştərilərə qarşı - müqaviləyə riayət edərək müştərilərin marağında qarşı peşəkar davranmaq;
- Təşkilat və işə götürənə qarşı – təşkilatın məqsədləri və siyasətinə uyğun olaraq;
- Vəzifəsi və iş yoldaşlarına qarşı - peşə standartlarına riayət etmə və peşəsinin nüfuzun gözləməli;
- Cəmiyyətə qarşı – ictimai ehtiyac və tələbləri nəzərə alma.
Medianın etik qərarları çox sayda insana təsir edərkən, peşəkarlığın mühüm tərkib hissəsi sosial xidmət yönümlüdür. Jurnalistikada öz tənzimləmə mexanizminin olması sosial xidmətin etik inkişafının vacib təzahürlərindən biridir.
Jurnalistikada öz tənzimləmə aşağıdakı səbəblərə görə vacibdir:
- Yayım müstəqilliyini qoruyur,
- Dövlətin müdaxiləsini azaldır,
- Media keyfiyyətinin yüksəlməsinə kömək edir və peşəyə olan inamı artırır,
- Media hesablılığın nümayişidir,
- cəmiyyətin obyektiv və vicdanlı media vasitələrindən hansı gözləntisi olmasını bilməsi üçün imkan verir,
- Cəmiyyətə media vasitələrinə çıxış almağa imkanı verir.
Özünü tənzimləmənin üç növü var:
- institusional – mətbuat işlərinə dair şuralar;
- qeyri-institusional– media qurumların daxili qaydaları, fərdi ombudsman;
- qarışıq tənzimləmə – tənzimləyici qurum və ya yayımcı yanında qanun əsasında yaradılmış şikayət komissiyası.
Institusional tənzimləmə - mətbuat şuraları
Mətbuat şuraları özünü tənzimləmənin ən yayılan formasıdır və media tənqidin mühüm platformudur. Ölkələrin çoxunda mətbuat şuraları könüllü şəkildə qurulmuş və üç subyektdən (sahiblər, jurnalistlər, ictimaiyyət nümayəndələri) ibarət olan orqanlardır. Onlar aşağıda qeyd edilən məqsədlərə xidmət edir:
-
Mətbuat azadlığını qorumaq;
-
Cəmiyyət nümayəndələri ilə mediaya qarşı şikayətlərə baxma.
Birgə qərarlar qəbul etməklə, mətbuat məlumat keyfiyyətinə, media peşəkarlarının məsuliyyətli olmalarına və medianın tənzimlənmə və dövlət müdaxiləsinə ehtiyacı olmadığını göstərir.
Mətbuat şuraların əsas fəaliyyəti:
-
Şikayətlərin qəbulu;
-
Etik kodeksə riayət etməmə problemin müəyyən edilməsi;
-
Şikayətlərə baxış;
-
media və şikayətçilər arasında vasitəçilik vəzifəsin yerinə yetirir;
-
ədalətli qərarlar qəbul edir;
-
Etik standartların pozulmasına nəzarət;
-
Şikayət başlamasın keçirir;
-
Media maraqların ifadə edir;
-
Standartlar yaradır və mütəmadi olaraq mövcud qaydaları təftiş edir;
-
Tədqiqat və treyninqlərə dəstək.
Mətbuat şuraları normalda vebsaytlarında qərar dərc edərkən bir neçə ölkədə mətbuat şuraları media qurumlarını şura qərarlarını saytlarında dərc etməyə yaxud dəqiqliyini yoxlamağa öhdəli edir.
Gürcüstanda üzvlük əsaslı Jurnalist Etikasının Sözləşməsi təşkilatı mövcuddur. Gürcüstanın Jurnalist Etika Sözləşməsi onun üzvlərinin, habelə digər media qurumlarının şikayətlərinə baxır.
Qeyri institusional tənzimləmə
Bəzi media qurumları media istehlakçılarından cavab rəyi alma və onlara hesab vermə üçün fərdi media ombudsman institutu yaradılması, oxucu məktublarının dərc edilməsi, etik standartlara riayət etmək öhdəliyinin müəyyən edilməsi, daxili nəzarət xidmətinin fəaliyyəti və digər müxtəlif mexanizmləri özündə ehtiva edən daxili yayım qaydaları tərtib edib.
Media sahibləri ilə media təmsilçilərinin birgə təyin etdiyi. Mətbuat ombudsmanı media sorumluluğu konsepsiyası inkişafı və təbliğinə yardım edir. Ombudsman institutu özündə sorumluluğun üç müxtəlif sistemini nəzərdə tutur:
I. Amerika modeli – oxucuların şikayətlərini alan fərdi qəzetlər və yayım şirkətləri tərəfindən təyin olunan oxucu vəkili, onları nəzərdən keçirir və tərəflər arasında vasitəçilik etməyə çalışır.
II. İsveç modeli–şikayətləri ələyən mətbuat şurasının xüsusi agenti: sadə şikayətlərə baxıb, daha ciddilərini baxılması üçün şuraya göndərir.
III. Üçüncü model – mahiyyəti üzrə geniş mandatlı ictimai müdafiəçi rolunu oynayan 18-ci əsrə aid ictimai müdafiəçi ənənəsi.