Nifrət nitqi tənzimləmələri

Nifrət nitqinin tənzimlənməsi standartları ölkədən ölkəyə fərqlənir: Avropa Birliyi üzv ölkələrinin çoxunda nifrət nitqinə cinayət kimi baxılarkən, Birləşmiş Ştatlarda açıq, mövcud və qaçılmaz zorakılıq təhlükəsi hallarından savayı nifrət nitqi də daxil olmaqla istənilən rəy mütləq imtiyaz kimi qorunur. Açıq və mövcud təhlükə halında, ifadə azadlığının məhdudlaşdırılması ifadənin yarada biləcəyi ziyan və təhlükəsini nəzərə alaraq həyata keçirilir. Açıq və mövcud təhlükənin ən rezonanslı nümunəsi 800 min ölümlə nəticələnən 1994-cü ildə Tutsi etnik qrupunun soyqırımı üçün hazırlıq prosesləri və Tutsi xalqının məhvi üçün Ruanda radiostansiyasının (Thousand Hills Free Radio and Television (RTLMC) )) açıq çağırışları idi.

Açıq və mövcud təhlükə ilə üzləşmə hallarından savayı nifrtət dolu nitqə görə Gürcüstanda da cinayət məsuliyyətinə cəlb olunmurlar. Nifrət çıxışında programlı məhdudiyyətlər yalnız yayımçılar üçün müəyyən edilir, onları proqramın məzmunu səbəbindən zəruri olduqda və bu nifrəti göstərməyi hədəfləyən hallar istisna olmaqla fiziki qabiliyyətləri, etnik mənşəyi, dini, dünyagörüşü, cinsi, cinsi oriyentasiya və ya digər xüsusiyyətləri, statusu yaxud belə xüsusiyyətlərə yaxud statusa xüsusi vurğu vurmaqla bir insana və ya bir qrupa qarşı təhqir və ayrı-seçkilik edən proqramları yayimlamağı qadağan edir.

Bütün ölkələrdə nifrət nitqinin tənzimləmələri etika və davranış nizamnamələrinin bir hisssəsidir və pozitiv və neqativ öhdəlikləri özündə əhatə edir.

Neqativ öhdəliklər

 

Pozitiv öhdəliklər