Trollar və Botlar
Trol
müxtəlif sayt, forum və sosial şəbəkələrdə sağlam müzakirə mühitini pozmaq üçün öz həqiqi kimliyini təqdim etmədən onlaynda fəal olan şəxsdir. Trollar sosial şəbəkələrdə (misal üçün Facebook, Vkontakte, Odnoklassniki), bloqlarda,habelə müxtəlif veb portalların şərh bölümündə istifadəçilərin diqqətin cəlb etmək və onlara qarşı emosional təxribat yaratmaq niyyəti ilə yalnız onlar üçün maraqlı olan müxtəlif mövzularda aqqressiv və aidiyyəti olmayan şərhlər yazır.
Klassik İnternet trolunun əsas və ən vacib cəhətlərindən biri həmişə real kimliliyin gizlətməsi, saxta sosial media hesabı və saxta yaxud ümumiyyətlə heç bir şəxsi məlumat göstərməyən hesabı təqdim etməsidir. Şəxsi məlumata şəkil, əlaqə məlumatı, təhsil, iş yeri barədə məlumat, xobbi və maraq dairəsi daxil ola bilər.
Hibrid Trollar Öz baxımı ilə İnternetdə münaqişə və narazıçılıq yaradan trolldan fərqli olaraq hibrid troll informasiya müharibəsinin silahı kimi istifadə olunur. Bir çox halda hibrid trollar dövlətə yaxud dövlət müəssisəsinə tabe olur və gördüyü işə görə təltiflənir.
Kiber Birliklər ictimai rəyi manipulyasiya etməsi üçün birləşmiş dövlət yaxud siyasi partiya qruplarıdır. Oksford Internet Institutun araşdırmasına əsasən kiber birliklər həm ölkədə həm xaricdə dövlət və partiya yönümlü mesajları kütlələrə yaymaq üçün onlayn şərhçilərdən və saxta sosial media hesablarından istifadə edəcək.
Kiber birliklər aktiv olaraq sosial şəbəkələrdə hesablama təbliğatından istifadə edir. Hesablama təbliğatı avtomatika, alqoritm və böyük məlumat təhlilinin istifadəsinin təbliğatıdır (Howard & Woolley, 2016). Hesablama təbliğatında daxildir:
- sosial media platformalarda saxta xəbərlərin yayılması və çaşdırma;
- məlumatların qeyri qanuni yığımı və mikro profilləmə;
- sosial media platformalarını xarici təsir əməliyyatlarında istismar etmə;
- Nifrət dolu nitqi yaxud zərərli məzmunun gücləndirilmiş şəkildə saxta hesablardan, siyasi botlarla və klikbeyt məzmunlarla yayımı.
Botlar
Atlantik Şuranın Rəqəmsal Kriminalistika Araşdırma Laboratoriyasına (DFRL) istinadən, botlar real insan kimi özün təqdim edən social mediya hesablarıdır. Bot idarəçiliyi elə bir şəbəkə növündən mümkündür ki, orada bir fərdi istifadəçi məsafədən on minlərlə avtomatik hesabları idarə edə bilsin.
Oksford İnternet İnstitutu daha bir növ bot ayırır – onlaynda insan davranışını təqlid etmə üçün proqram təminatı obyekti yaxud proqram – siyasi botlar. Onlar seçki yaxud referendum zamanı xoş olmayan xəbərlərin yayımı və təbliğatı, onlaynda siyasət barədə cari danışıqları sonda boğan hadisələri ”layk”etmə və paylaşım yolu ilə saxta dəstək və populyarlıq yaratma daxil olmaqla müxtəlif manipulyativ texnikalardan istifadə edə bilər.
Botlar xüsusilə şəbəkə vasitəsi ilə əhəmiyyətli dərəcədə onlayn debatlara və müzakirələrə təsir edə bilər. Botlar müştəri aşağıda qeyd ediləni istəyəndə istifadə edir:
- Trenddə olan həştəq yaxud kəlam yaratmaq üçün;
- xüsusi ısmarıcı yaymaq və dəstəkləmək üçün;
- Başqa istifadəçiləri qorxuzmaq və etibarsız etmək üçün;
- Süni “layklar”ı və izləyiciləri artırmaq üçün.
Trollar və botlar nə üçün istifadə edilir?
-
Hər hansı bir məsələnin etibarlığına əmin olmaq üçün;
-
Müəyyən hadisə və ya mövzu ətrafında insanları cəmləmək üçün;
-
Xüsusi ideologiya istiqamətində geniş kütlənin dəstəyin qazanmaq;
-
istifadəçiləri çaşdırmaq;
-
onlara güclü psixoloji təzyiq etmək.
Bu məqsədlərə nail olmaq üçün saxta profillər və avtomatik hesablar müvafiq məzmun yayır; real istifadəçilərlə qarşılıqlı əlaqə qurur, hədəf dinləyicilərin yöntəmi, qavrayışı, emosiyaları, motivasiya, dəyərlər sistemini dəyişməyə çalışır.
Tvitterdə botları təyin etməli?
Yalnız bir meyar vasitəsi ilə botları, məsəl üçün avtomatik hesabları, təyin etmək çətindir. Atlantik Şuranın Rəqəmsal Təhlil Araşdırma Laboratoriyası (DFRL) sosial mediya istifadəçilərinə Tvitterdə botun aşkar etmək üçün bəzi ipucular verir.
Source: DFRL; Photo: Twitter
Anonimlik: Botlarda tez-tez hər hansı bir şəxsi məlumatın olmamağı qeydə alınır.
Gücləndirmə: Botun həyat yolu əsl ritorikanı əks edən bir iki postdan savayı tez-tez retvit və sözbəsöz sitatlardan ibarət olur. Botların tək əsas rolu digər istifadəçilərdən gələn qarşılıqları artırmaqdır. Odur ki, tipik botun həyat yolu bir iki əsl post və ya post olmaması ilə müşaiyət edilən retvit və xəbər başlıqlarının sözbəsöz sitatları axınından ibarət olacaq.
Source: DFRL; Photo: Twitter
Ümumi məzmun: Biz bir çox profillərin eyni məzmunu demək olar ki, eyni zamanda tvitləməyinə diqqət yetirsək bot şəbəkəsini asan aşkar edə bilərik.
Photo: Stopfake.org
Botometr. Tvitterdə botları aşkar etmək üçün faydalı resursdur. Bu Şəbəkə Elmi İnstitutunun (IUNI) və İndiana Universiteti yanında Kompleks Şəbəkələr və sistem Araşdırmaları Mərkəzinin(CNetS) birgə proyektidir. Botometr Tvitter hesablarının fəallığın yoxlayır və hesabın bot olub olmama ehtimalını dəyərləndirir. Yüksək xallarla olan böyük ehtimalla botdur.
Bu xidmətdən yararlanmaq üçün Tvitter öz hesabınızdan daxil olmağı tələb edir. Axtarış qutusunda Tviter istifadəçi adına fikir verin. Botometr bizə hesabın özünü, izləyicilərin və istifadəçilərin dostlarını yoxlamaq səlahiyyəti verir.
Trolları necə təyin etməli?
Onlayn fəallığın bir neçə parametri bizə trolları təyin etməyə kömək edir:
Addım No. 1: Trollar tərəfindən yazılan şərhlərə baxın, onlar:
- Tamamilə mövzudan kənardır – müzakirə tam başqa mövzuya aid olsa da troll mətləbdən kənar post yaza bilər.
- Uzun yaxud əksinə bir neçə çağırış, söz, etibarsız mənbələrin linklərindən ibarət, - bir tərəfdən troll xüsusi bir mövzuya toxunaraq uzun uzadı bir şərh yaza yaza, real istifadəçilərə təsir göstərmək niyyəti ilə lazımsız informasiya ilə müzakirəni yükləyə bilər. Başqa tərəfdən etibarsız linklər, tabloid yaxud naməlum media resurslarla müşaiyət edilərək troll bir neçə sözdən ibarət çağırış dərc edə bilər.
- Aqqressiv – öz istədiyi mövzuları müdafiə etmək və gəlişdirmək məqsədi ilə trollar real istifadəçilərlə ünsiyyətdə aqqressiv dildən istifadə edir. Onlar heç dəyişməyəcək bir radikal mövqe saxlayır Trol ilə mübahisədə nə qədər düzgün və əsaslandırılmış arqument gətirməyiniz əhəmiyyətsizdir. Sonuncunun əsas vəzifəsi öz mövqeyini ifadə etmək və öz mövqeyinin haqlı olduğunu mümkün qədər çox istifadəçiyə inandırmaqdır.
- Dil və qrammatik səhvlər olmasını ehtiva edir – başqa ölkədə yaşayan və başqa dildə danışan bir troll ilə müzakirə edərkən, tez-tez onun başqa dildə qrammatik səhvlər buraxdığını və ya postlar yazdığını görə bilərik.
Addım No. 2. Trollun profilini təhlil edin
- “Mənim haqqımda” bölməsini yoxlayın - o, bir qayda olaraq profil sahibi haqqında çox kasad məlumat verir. Həqiqi istifadəçilər social şəbəkələri başqa istifadəçilərlə qarşılıq və əlaqə qurmaq üçün istifadə edir . Bunun üçün onlar doğum tarixi, ailə üzvləri, iş yeri, təhsil və s. kimi şəxsi məlumat təqdim edir. İnternet trolları ya saxta məlumat verir ya da da tam məlumat vermir. Məsələn, tez-tez trollar Amerika Birləşmiş Ştatlarını doğulduğu yer, Facebook və digər məşhur brend və şirkətləri isə iş yeri kimi göstərir.
- Fotolara baxın – Şəxsi fotolar nadir hallarda trollun profili və ya üz qabığında və foto qalereyada dərc olunur. Bir çox halda fotoların əksəriyyəti ya çox kiçik olur yaxud ümumiyyətlə foto qoyulmur. Əgər biz təcrübəli trolla ünsiyyət qurmuşuqsa başqa bir istifadəçinin fotosu profilə yüklənə bilər. Bunu aşkar etmək üçün biz trollun profil şəklinin Google image axtarış sistemin istifadə edərək fotonun müəyyən bir şəxsə yaxud dövlət qulluqçusuna aid olduğunu təyin edə bilərik.
- Videolara baxma. Sosial şəbəkə istifadəçilərin çoxu onların yaşayış, iş və təhsil yerini həmçinin dostlar və istifadəçinin özünü təyin etməyə imkan verən profil videosun yükləmişdir. Trolların əksəriyyəti profillərinə belə video yükləməyib.
- Dostları təhlil edin. – Trollar əsasən çox da dosta malik olmur, bununla belə biz minlərlə dostu olan trolla qarşılaşa bilərik. Əgər trollun dostalrının arasında xaricilər əksəriyyət təşkil edir və yerlilər ya az yaxud ümumiyyətlə yoxdursa demək bu saxta profildir.
- Xəbər materiallarına diqqət yetirin – paylaşılan mövzu, foto, videolara diqqət yetirin.. Trollar əsasən öz duyğuları və mövqeləri haqqında məlumatla dolu xüsusi ideologiya daşıyan postlar və mesajlar yükləyir. Siz tez tez trolun təmin etdiyi xəbərlərdə çaşdırıcı məlumatla dolu tabloid və naməlum media qurumlara aid linklərlə rastlaşa bilərsiniz.
Addım No. 3. Başqalarına saxta profili təyin etməyə yardım etmək üçün onu işarələyin
- Tez tez bu ya digər saxta profil başqası tərəfindən öncədən təyin edilməsi bizə onu bir də aşkar etməkdə kömək edir. İnternetin trollardan qorunmasında öz köməyini əlavə etmək üçün öncədən başqa istifadəçilərin trollu aşkar edə biləcəyinə əmin olandan sonra sadəcə şərh yerləşdirin.
Facebook profilinin təhlili: Axtarış sistemləri
İnternet trolları müəyyən etmək üçün Facebook profilini təhlil edəndə, onun haqqında hərtərəfli məlumat axtarmaq vacibidr. Bu prosessin effektivliyini artırmaq və vaxta qənaət etmək üçün ən qısa zaman ərzində istənilən istifadəçi profilinin dərin təhlilin aparmağa imkan verən açıq internet resurslarından istifadə edə bilərik.
Facebook Qrafik Axtarışı (Graph.tips) Facebookun məxfilik siyasətinə müvafiq Stalkscan kimi istifadəçilər haqqında ictimailəşdirilmiş məlumat təqdim edən başqa bir faydalı axtarış sistemidir. Üstəlik Facebook Qrafik Axtarışı, eyni anda iki və ya daha çox istifadəçinin axtarış sisteminə məlumatların daxil etməyə və aralarında əlaqələri müəyyən etməyə imkan verir
Facebook Qrafik Axtarış Sistemi içindən lazım olan meyarları seçə biləcəyimiz siyahını təqdim edir :
-
istifadəçi tərəfindən bəyənilən və ya dərc etdiyi şəkillər, videolar və mesajlar;
-
müxtəlif mesajlar, videolar və fotoşəkillərə dair istifadəçi tərəfindən qoyulan şərhlər;
-
istifadəçinin digər istifadəçilər tərəfindən etiketləndiyi məzmun;
-
bəyənilən səhifələr;
-
istifadə olunan aplikasiyalar;
-
istifadəçi tərəfindən ziyarət olunan müəssisələr;
-
istifadəçinin iştirak etdiyi tədbirlər;
-
yaxınları və dostları.
İki və ya daha çox istifadəçinin göstərildiyi halda, axtarış sistemi bizə tapmağa kömək edir:
- Bəyənilən fotolar, Facebook səhifələri;
-
istifadəçilərin getdiyi yerlər;
-
İstifadəçilər şərh buraxdığı yazı və şəkillər;
-
digər istifadəçilərin onu taq etdiyi fotoşəkillər;
-
Ümumi Facebook qrupları;
-
istifadəçilərin iştirak etdiyi tədbirlər;
Profilləri ayrı-ayrılıqda təhlil edərkən istifadəçilər arasında maraqlı bəndləri təyin etməyə çətin olsa da bu cür axtarış bu işdə yardımçı olur.