Kiber zorakılıq
Kiberzorakılıq nədir?
İnsanları və ya bir qrup insanları əziyyət vermə, acıqlandırma, xoflandırma və qorxu və / və ya zərər səbəbi ilə təhqir etmək, qısnamaq, izləmək, emosional və psixoloji cəhətdən təzyiq etmək, təhdid etmək və ya qorxutmaq üçün rəqəmsal kommunikasiya vasitələrindən (mobil telefon, tablet, kompüter, internet və s.) istifadə etməyə kiberzorakılıq deyilir. Kiberzorakılığa kim isə barədə yanlış məlumat yayma və ya ona aid şəxsi məlumatı onun iradəsinə zidd paylaşmanı aid etmək olar.
Kiberzorakılığa cəlb olunmuş şəxslər kimdir?
Kiberzorakılığın əsas kanalları:
- sms;
- messencer/çat;
- e-mail;
- sosial media;
- internet forum;
- onlayn oyunlar;
Kiberzorakılığın növləri və taktikası:
Kiberzorakılığın mümkün nəticələri
- Emosional fizioloji: depressiya, utanc, kədər, narahatlıq, məyusluq, hirs, aqresiya, özünə inamın itkisi, özünə hörmətin düşməsi, qorxu. Başqa tərəfdən bu cür emosional və fizioloji şərait rədd etmə, özünə qapanma, ailə, məktəb və dostlarla ilə problemlərə, təhsildə aşağı davamiyyətə səbəb yaradır. Bəzi hallarda yeniyetmə aqresiv və hətta zorakı ola bilər.
- Fiziki: Özünə zərər ya özünə xəsarət vermə, intihar barədə düşüncələr, intihara və ölümə cəhd.
Bəzi ölkələrdə kiberzorakılıq cinayətdir. Gürcüstan Cinayət Məcəlləsi bunu əhatə etmir lakin kiberzorakılıq halı hədə, izləmə yaxud intihara təhrik kimi qiymətləndirilə bilər.
Kibercinayəti necə aşkar etməli?
- Qəfildən telefon, kompüter, sosial media istifadəsini dayandırır yaxud bu proses zamanı narahatdır;
- Hirs, məyusluq, depressiya nümayiş etdirir yaxud mesencer, çat, sosial mediyadan istifadə etdikdən sonra otağda bağlanır;
- Dərslərdə iştirak etmək və ya açıq havada gəzmək istəyini itirir;
- Danışmaqdan, xüsusilə onlayn fəaliyyət haqqında danışmaqdan imtina edir.
Yeniyetmənin ehtimal var ki, kiberzorakılığ törədir, əgər o:
- Qəfildən kompüteri söndürür və ya mobil telefonu/tableti gizlədir;
- Bütün gecəni komputeri/mobil telefonu/tableti işlədir;
- Hər hansı səbəbə görə komputeri/mobil telefonu/tableti istifadə edə bilmədikdə acıqlı olur;
- Onlayn fəaliyyəti barədə müzakirədən qaçır;
- Çox sayda sosial media hesabı yaradıb istifadə edir və ya başqa şəxsin adından özü üçün istifadə edir
Özünüzü kiberzorakılığdan necə müdafiə edə bilərsiniz?
Qarşısının alınması
- Kibertəhlükəsizlik qaydalarına əməl edin (Kibertəhlükəsizlik məqaləsinə bax).
- Şəxsi məlumatlarınızı (ailə üzvlərinin adları, məktəb, telefon nömrəsi, ünvan, yaxın mövqe və s.) açıq əkildə paylaşdığınız zaman diqqətli olun.
- Telefonunuzda, tabletinizdə, mobil tətbiqetmələrinizdə, sosial mediyada (Facebook, Instagram, Twitter, Snapchat) gizlilik parametrlərini seçib, post dərc etdiyiniz, şərh etdiyiniz, səhifənizdə nə isə yazan yaxud məzmun paylaşdığınız zaman kiminlə əlaqə qura biləcəyinizə nəzarət edə bilərsiniz. Həmçinin, fotolarınıza, videolarınıza və digər məzmunlara daxil olan auditoriyanı diqqətlə seçin.
- Onlaynda kiminlə dost olduğunuzdan agah olun. Dost siyahısına şəxsən tanıdığınız və etibar etdiyiniz şəxsi əlavə edin.
- Post dərc etməmişdən ya şərh yazmamışdan öncə düşünün. Bir şeydən əmin olun ki, internetdə heç nə izsiz qalmır. Bir dəfə dərc ya şərh edilən daimi qalır və istənilməyən şəxs tərəfindən baxıla bilər.
- Kiberzorakılığdan qaçınmaq üçün yerləşdiyiniz ərazini paylaşmaqdan qaçının. Səyahət, konsert və s. barədə post və fotoları daha sonra evə qayıdanda paylaşın. GPS lokasiya xidməti və kameranı istifadə etmədikdə söndürün.
Kiberzorakılığa qarşılıq vermə
- Heç vaxt kiberzorakı post, foto, video və şərh bəyənməyin və paylaşmayın. Bu sizi müşahidəçi və hətta iştirakçı edir.
- Əgər internetdə məqbul olmayan hallarla qarşılaşırsınızsa bu haqqda xəbər verin.
- Kibercinayətkara qarşılıq verməyin. Kiberzorakılığın yüngül formalarına gəldikdə, misal üçün gülünc adlar, yüngül təhqirlər, acı zarafat, yüngül istehzaya cəhd, yaxşı olar ki, çalışasınız belə ismarıclara məhəl qoymayasınız. Kibercaninin məqsədi sizi təhqir etmək və emosional zərər vurmaqğdır. Və sizin cavabınız kibercaninin məqsədə çatmasının təsdiqi olacaq halbuki kiberzorakılıq cəhdlərinə məhəl qoymayanda, cani bu cür davranmaya davam etmək həvəsini itirir.
- Kiberzorakılıq mesajlarını silməyin və ekran görüntülərini saxlayın. Həmçinin həqiqətin bərqərar olması və cinayətkarın müəyyənləşdirilməsində istintaqa kömək edə biləcəyi və veb saytın rəhbərliyinə hesabı bloklamaq və ya başqa tədbir görməyinə kömək edə biləcəyi səbəbindən mesajların, şərhlərin və mesajların vaxt və ardıcıllığının sənədləşdirilməsi də vacibdir.
- Telefonunuzda, sosial mediya və ya çatda bu vəzifəni yerinə yetirən “kontaktı bloklamaq”düyməsindən istifadə edin.
- Problem barədə məruzə edin. Bu cür məsələləri məruzə etmək üçün servis provayderləri, sosiyal şəbəkələr və veb səhifələr xüsusi kommunikasiya kanallarına malikdir.
- Əgər kiberzorakılığın qurbanısınızsa valideyninizə, məktəb rəhbərliyinə, məktəb təhlükəsizlik xidməti yaxud polisə bu barədə deyin.
Kiberzorakılığa qarşı necə mübarizə etmək olar?
Valideynlərin rolu. Bəzən uşağın internetdən istifadə etməsinə qadağa qoymaqla və işi ciddi nəzarətə götürməklə problemin həlli və qabaqlayıcı tədbir olduğunu düşünürlər. Həqiqətdə, müasir yeniyetmələrin internetdən istifadə etməməsi və ya onlara 24 saat nəzarətetmə nə mümkündür nə də düzgündür. Bu problemin ən yaxşı həlli valideyn-uşaq münasibətlərində açıq ünsiyyət və bir birinə etibar mühitidir. Uşaq onlayn ünsiyyəti barədə açıq danışanda valideyn övladının problemlərin daha yaxşı başa düşər. Digər tərəfdən valideynlər, uşağı ilə ünsiyyət qurmağı, onu dinləmək və şərtsiz sevgi ilə dəstək göstərmək üçün əllərindən gələni etməlidir. Yeniyetmə daima bilməlidir ki, valideyn vəziyyəti ağırlaşdırmalı yox kömək etməlidir. Bir uşağın fiziki təhlükəsizliyi risk altında olduqda, uşağın razılığı ilə valideyn polisi müvafiq təhlükəsizlik tədbirlərinin görməsi üçün xəbərdar edir.
Valideyn/ məktəb bir gəncin kiber zorakı davrandığını aşkar edəndə, ilk növbədə, gəncin bir sosiopat və ya həqarətçi olmadığını nəzərə almalıdır.. Əksinə, bəzi uşaqlarda şəfqət hissi çatışmır və onlar səhv buraxıırlar. İlk növbədə, valideyn, məktəb və ya dostlar kibercaniyə xatırlatmalıdır ki o, onlaynda bir insana zərər və ziyan vurduğuna görə gerçək həyatda olduğu kimi eyni məsuliyyət daşıyır.
Məktəbin vəzifəsi. Kiber zorakılıq da daxil olmaqla, zorakılığın hər hansı bir formasına qarşı siyasət və strategiyanın hazırlanması və həyata keçirilməsinə məktəb məsuliyyət daşıyır. Məktəb zorakılığa qarşı aydın sıfır tolerantlıq siyasətinə malik olmalıdır və lisey gəncləri siyasətin hazırlanması və həyata keçirilməsində fəal iştirak etməlidir. Məktəbdə ciddi mübarizə aparan bir siyasət olarsa, hər bir şagird biləcək ki, mənəvi məsuliyyətdən başqa, kiberzorakılığa görə onlara qarşı intizam tədbirləri görüləcək.
İnternetdən təhlükəsiz istifadə etməyi öyrətmə anti-kiberzorakılıq fəaliyyətin bir hissəsidir. Həmçinin tələbələrin anti-kiberzorakılıq posterləri, bələdçi ünsiyyət ismarıcları yaradılması və yayılması kimi maarifləndirmə fəaliyyətinə cəlb olunması vacibdir.
Onlayn oyunlar və kiberzorakı təhlükələri
Yeniyetmələrin 72%-i onlayn oyunlar oynayır. Video oyunların çoxu onlara öz dostları və eləcə də kənar şəxslərlə oynamaq və eyni zamanda onlaynda ünsiyyət qurmaq üçün imkan yaradır. Onlayn oyunların üstünlükləri olduğu kimi ziyanı da var. Onlayn oyunların müsbət tərəfi – oyunların əyləncəli, yeni dostlarla görüşdürən olması, sosializasiya, strateji düşünmə və problem həll etmə bacarıqları aşılamasıdır. Neqativ cəhətləri: aludəçilik, zamana nəzarətin itirilməsi, videooyunların kiberzorakılıq mənbəsi/məkanına çevrilməsi və s.
Bir video oyununun istifadəçisi anonim ola bilər (avatar / alter ego ilə qeydiyyatdan keçir). Bu fakt, alternativ "xəyali xarakter’in yeniyetməni təmsil etdiyini deyir. Bu qismən əyləndiricidi olsa da, yeniyetməyə özünü biruzə vermədən başqa yeniyetmə istifadəçiləri lağa qoyma, təhqir etmə yaxud hədələmə imkanı verir. İstənilən hal təhqir üçün şərait yarada bilər, misal üçün oyunçu oyunu uğursuz aparsa yaxud oyunu uduzsa. Tez-tez bir yeniyetmənin təhqiri oyunçunun oyundan uzaqlaşdırılması ilə bitən kütləvi kibercinayətlə və ya kiberzorakılıq sosial mediyada və ya başqa ünsiyyət kanallarında davam edə bilər. Oyunçuların və kibercaninin anonimliyi caninin şəxsiyyətin təyin etməsini çətinləşdirir. Bu səbəbdən onlayn oyunlar pedofil və cinayətkarların yeni qurban axtarışı və onlarla ünsiyyət yaratmaq üçün bir platformadır. Videooyun zamanı cani bir link ötürə bilər, əgər həmin linkə keçilərsə, caniyə oyunçunun kompüterinə girmək və məlumat ilə manipulyasiya şansı verilir.
Onlayn çağırış oyunları
Kiberzorakılıq təhlükəsi baxımından çağırışlar onlayn oyunun ağırıdır. Onlar son onillikdə yaranıb və uşaqlar tərəfindən özünə xəsarət və intiharla nəticələnib. Belə çağırış oyunları aşağıdakıları aid etmək olar:
- Mavi Balina
- Momo
- Çarli-Çarli
- Duz və buz çağırışı
- Darçın çağırışı və s
Əvvəlcə qurban ilə sosial media və ya mesaj vasitəsilə əlaqə qurulur və oyuna başlamaq təklif olunur. Oyun özünə zərər və intihar (özünü asma) da daxil olmaqla bir neçə çağırışa malikdir. Qeyd etmək lazımdır ki, bu kimi oyunlar asanlıqla yayılır və fərqli inkişaf səviyyəsi olan ölkələri qovuşdurur.
Çətin oyunlar aşağıdakı xüsusiyyətlərə görə müəyyən edilə bilər:
- onlar media daşıyıcılarda daşıyıcılarında satılan və ya onlayn yayılmış adi onlayn oyunlar deyildir;
- qeydiyyatdan keçmə zəruri deyil və buna görə də oyunçu anonimdir;
- oyunda müəyyən qaydalar yoxdur;
- oyunun mistik məramı və ideologiyası var;
- oyunçular sosial media vasitəsi ilə işə tapılır;
- potensial qurbanların seçimi prosesində, onlar haqqında məlumat əvvəlcədən emal edilir: tənhalıq, intihar hissi, depressiya, özünə güvənin aşağı olması, maraqlı və sirli mövzuların axtarışı, nihilizm ... Bütün bunlar qurbanın sosial media profilində asanlıqla müəyyən edilə bilinir.
- oyunun gedişində qurbanın və cinayətkarın arasında əlavə şəxsi və həssas (ağrılı )informasiya alma imkanı yaradan dostluq münasibəti yarana bilər və sonra bu məlumat qurbana qarşı istifadə edilə bilər;
- qurban oyuna girəndən o, oyun üçün istifadə olunan platforma zərərli proqramla (bəzi hallarda həqiqətən belə ola bilər) yoluxmasına inandırılır və administratorun zərər çəkmiş şəxsin həssas fayllarına çıxışı olur. Qurban özünü girov kimi hiss edir və tapşırıqlar başa çatdıqda şəxsi materialların dərc olunmayacağına inanır
- oyunun administratoru müntəzəm olaraq oyunçuya tapşırıq verir; ilk günlər bunlar yüngül olur, misal üçün müəyyən bir musiqi janrını dinləmək və ya qorxu filmi izləmək, lakin getdikcə daha çətin olur və yeniyetmələr buna öyrəşir və özlərinə inanmağa kömək edir. Əsas məqam, gecə oyaq qalma, dəhşət filmlərinin izlənməsi və başqa amillərin yeniyətmə şəxsin psixologiyasına destruktiv təsirdir
- if a teenager refuses a difficult challenge, the victim is blackmailed with disclosure of sensitive personal information, to which an administrator allegedly has access; or a victim is threatened by killing a family member or a loved one.
- Əgər yeniyetmə çətin tapşırığı icra etməkdən boyun qaçırırsa sözə görə qurban administratorun girişi olduğu həssas şəxsi məlumatın paylaşılması ilə şantaj edilir və ya ailə üzvü ya sevdiyi birinin ölümü ilə hədələnir. Momo məsələsində küfr mesajları ortaya çıxdı
- Oyunun son mərhələsində bu tapşırıqlar özünə zərər və ya digər təhlükəli hərəkətlərə çevrilir, ehtimal ki, intihara səbəb olur
Özümüzü çağırış oyunlarından necə qoruyaq?
Oyuna girmək, oyundan yayınmaq, istənilən anda oyunu bitirmək oyunçunun əlindədir.
Jurnalistlərə qarşı kiberzorakılıq
Tez-tez jurnalistlər də kibercanilər tərəfindən hədəflənir.
Jurnalistlərə qarşı kibercinayətkarlıq müxtəlif formalara malikdir:
- Yanlış məlumatların verilməsi. Onların nüfuzunu aşağı səviyyəyə salmaq üçün çox vaxt onlara yalançı məlumatlar verilir ki, paylaşsınlar.
- Kiber təhlükələr. Jurnalistlər jurnalist qaynaqlarının, şəxsi məlumatlarının və ya nəşr edilməmiş materialların məxfiliyinə qarşı yönəlmiş kiber təhlükələrə (online nəzarət, viruslar, kiberhücumlar və s.)məruz qalırlar.
- Qısnama və psixoloji zorakılıq. İnternet tez-tez jurnalistlər barədə saxta məlumatın yayılması ya zərər vermə barədə hədə formasında jurnalistlərə qarşı hədəflənmiş bir kampaniya üçün platformaya çevrilir.