Geolokasiya
Qeolokasiya bir şəxsin və ya elekton cihazın dəqiq yerinin müəyyən edilməsi prosesidir.
Qeolokasiya İnternet üzərindən emal olunmuş rəqəmsal məlumatlara uyğun olaraq yerini müəyyən etmək istədiyimiz obyektin coğrafi uzunluğu və enliliyini təmin edən Qlobal Yerləşmə Sistemi (GPS) kimi texnologiyalardan istifadə edir.
Qeolokasiya məlumat yoxlanılmasının ayrılmaz hissəsidir. Qeolokasiya vasitəsi ilə, biz, mühüm obyektlər və ya təlim düşərgələri, silahlı qüvvələrin hərəkətləri, landşaft dəyişiklikləri və digər buna bənəzr hadisələr haqqında öyrənə bilərik. Bu məqsədlə, biz Google Earth, Wikimapia və digər universal istifadəyə açıq olan peyk xəritələrindən istifadə edirik.
Google Earth peyk görüntüsünə əsaslanan Yer Kürəsinin 3D formatda şəklini göstərən kompyuter proqramıdır. Həm brauzer həm də masaüstü versiyası mövcuddur, lakin masa üstü proqramı onlayn versiyadan daha çox funksiya təqdim edir.
Proqramı açandan sonra Yer Kürəsi bizim monitorda görünəcək. Yuxarı sol küncdəki “Search” sizə istədiyiniz yer /obyekti axtarmaq imkanı verəcək. Yuxarı sağ küncdəki siçan və ya panel ilə siz konkret yerin görüntüsünü yaxınlaşdıra və ya uzaqlaşdıra bilərsiniz (“zoom in” və ya “zoom out”).
Gəlin Mtatsmina Parkı misalında foto/video çəkilişin yerini təyin etmək üçün Google Earth-in əsas funksiyalarını müzakirə edək.
1. Obyektin müəyyən edilməsi.
Peyk görüntüsü obyektin üstdən şəklini verdiyi üçün onları çox zaman tanımaq/müəyyən etmək çətinləşir. Obyekti müəyyən etmək üçün onun kölgəsinə baxın.
2. Küçə görüntüsü
Küçə görüntüsü funksiyası müəyyən bir obyektin 360-dərəcəlik görüntüsünü verir, yerin kəşf edilməsinə və onun necə göründüyünü bilməyimizə imkan yaradır. Bunun üçün, siçan ilə funksiya menyusundakı sarı adamı sağ yuxarı küncə hərəkət etdirin və onu sizi maraqlandıran yerə qoyun.
Əgər sarı adamı Mtatsminda Parkındakı şeytan çarxının üstünə qoysanız, proqram şeytan çarxının panoramik fotosunu göstərəcək. Bu proqram bizə imkan verir ki, vizual materialın harada çəkildiyini müəyyən edək. Əgər video izah deyirsə ki, şeytan çarxında çəkilib, Küçə Görüntüsü funksiyasından istifadə edib biz şeytan çarxını yoxlaya bilərik və bu yeri videoda göstərilən yerlə müqayisə edib müəyyən etməyə çalışarıq ki, həqiqətən mi video orada çəkilib.
3. Tarixi görüntü (Historical Imagery)
Google Earth-in həm də Tarixi Görüntü funksiyası var ki, bu da bizi maraqlandıran obyekt və yerlərin əvvəllər necə olduğunu göstərir. Funksiyanı işə salmaq üçün, biz sıçanın göstəricisini funksiyalar menyusunun orta hissəsinə yönəldərək üzərində saat olan düyməyə klik etməliyik. Zaman xətti açılacaq və biz istədiyimiz ili seçə bilərik.
Bu funksiya bizi maraqlandıran yerin müxtəlif vaxtlarda necə göründüyünü və konkret obyektin tikintisinin ilini müəyyən etməyə imkan verir. Bu funksiya bizə bir meşənin konkret bir yerdə məhv olub olmadığını və ya işğal olunmuş ərazilərdə Rusiya hərbi keçid məntəqələrinin tikintisinin dinamikasını müşahidə etməyə və sairəyə imkan verir.
In case of Mtatsinda Park, we can see that, all earlier imagery date to 2001. By viewing how the appearance of the Park changed over years, we can establish the year of the construction of the Park. The satellite imagery provided below show that the construction of Mtatsminda Park resumed in 2010.
Mtatsinda Parkına gəldikdə, görə bilərik ki, bütün əvvəlki görüntüləri 2001-ci ilə aiddir. Parkın illər ərzində görünüşünün necə dəyişdiyini nəzərdən keçirərək, Parkın tikintisinin ilini müəyyən edə bilərik. Aşağıdakı peyk görüntüləri göstərir ki, Mtatsminda Parkının tikintisi 2010-cu ildə başlayıb.
2001
2006
2010
4. İki nöqtə arasındakı istiqamət və məsafə.
Google Earth həm də konkret bir nöqtədən bir istiqaməti tapma və iki nöqtə arasındakı məsafəni ölçmək funksiyasına sahibdir. Bu funksiyanın istifadəsi bir Google online proqramı olan Google Maps vasitəsilə çox daha asan və rahatdır. İnternet brauzerində maps.google.com yaz və axtarış bu proqramı açacaq.
Google Maps-də ox işarəsini göstərən simvola klik edin. Sonra, sizi maraqlandıran bu iki yerin adlarını yazmalı olduğunuz bir pəncərə açılacaqdır. Axtarış A nöqtəsindən B nöqtəsinə qədər marşrutları, eləcə də müxtəlif nəqliyyat vasitələri ilə səyahət vaxtını və iki nöqtə arasındakı məsafəni sizə təqdim edəcək.
Google Maps həmçinin iki nöqtə arasında birbaşa məsafəni ölçməyə imkan verir. Bunun üçün siçanı A nöqtəsinə gətirin və sol düymə ilə "məsafəni ölç"ə basın və siçanın sol kliki ilə xəritədə B nöqtəsini seçin. Bu funksiya yuxarıda göstərildiyi kimi A və B nöqtələri arasındakı səyahət məsafəsini deyil, iki nöqtə arasındakı birbaşa məsafəni göstərəcəkdir.
Eyni Google Earth kimi, Wikimapia da peyk görüntülərini göstərir. Istifadəçilərə interaktiv funksiyalar təklif edir. Hər bir istifadəçi yerləri qeyd edə bilər, fotoşəkilləri yerləşdirə və məlumat əlavə edə bilər. Wikimapiyada hərbi bazalar, düşərgələr, mağazalar, xəstəxanalar, çaylar, göllər və s. kimi kateqoriyalar üzrə konkret obyektləri tapa bilərsiniz. Wikimapiya bir çox müxtəlif dillərdə, o cümlədən gürcü, ingilis və rus dillərində istifadə oluna bilər.
Siçan və ya soldakı panel ilə sizi maraqlandıran məkanı yaxınlaşdıra bilərsiniz. Məsəl üçün, Wikimapia imkan verir ki, Tskhinvali və yaxındakı Rus bazalarını müəyyən edəsiniz.
1. Tskhinvalini yaxınlaşdırın
2. “Kateqoriya”lardan “hərbi obyektləri” seçin.
3. Sizi maraqlandıran məkanı qeyd edin. Əgər o məlumat bazasındadırsa Wikimapia yerin şəkillərini də təqdim edəcək.
Qeolokasiya İnternet üzərindən emal olunmuş rəqəmsal məlumatlara uyğun olaraq yerini müəyyən etmək istədiyimiz obyektin coğrafi uzunluğu və enliliyini təmin edən Qlobal Yerləşmə Sistemi (GPS) kimi texnologiyalardan istifadə edir.
Qeolokasiya məlumat yoxlanılmasının ayrılmaz hissəsidir. Qeolokasiya vasitəsi ilə, biz, mühüm obyektlər və ya təlim düşərgələri, silahlı qüvvələrin hərəkətləri, landşaft dəyişiklikləri və digər buna bənəzr hadisələr haqqında öyrənə bilərik. Bu məqsədlə, biz Google Earth, Wikimapia və digər universal istifadəyə açıq olan peyk xəritələrindən istifadə edirik.
Google Earth-in funksiyaları
Google Earth peyk görüntüsünə əsaslanan Yer Kürəsinin 3D formatda şəklini göstərən kompyuter proqramıdır. Həm brauzer həm də masaüstü versiyası mövcuddur, lakin masa üstü proqramı onlayn versiyadan daha çox funksiya təqdim edir.
Proqramı açandan sonra Yer Kürəsi bizim monitorda görünəcək. Yuxarı sol küncdəki “Search” sizə istədiyiniz yer /obyekti axtarmaq imkanı verəcək. Yuxarı sağ küncdəki siçan və ya panel ilə siz konkret yerin görüntüsünü yaxınlaşdıra və ya uzaqlaşdıra bilərsiniz (“zoom in” və ya “zoom out”).
Gəlin Mtatsmina Parkı misalında foto/video çəkilişin yerini təyin etmək üçün Google Earth-in əsas funksiyalarını müzakirə edək.
1. Obyektin müəyyən edilməsi.
Peyk görüntüsü obyektin üstdən şəklini verdiyi üçün onları çox zaman tanımaq/müəyyən etmək çətinləşir. Obyekti müəyyən etmək üçün onun kölgəsinə baxın.
2. Küçə görüntüsü
Küçə görüntüsü funksiyası müəyyən bir obyektin 360-dərəcəlik görüntüsünü verir, yerin kəşf edilməsinə və onun necə göründüyünü bilməyimizə imkan yaradır. Bunun üçün, siçan ilə funksiya menyusundakı sarı adamı sağ yuxarı küncə hərəkət etdirin və onu sizi maraqlandıran yerə qoyun.
Əgər sarı adamı Mtatsminda Parkındakı şeytan çarxının üstünə qoysanız, proqram şeytan çarxının panoramik fotosunu göstərəcək. Bu proqram bizə imkan verir ki, vizual materialın harada çəkildiyini müəyyən edək. Əgər video izah deyirsə ki, şeytan çarxında çəkilib, Küçə Görüntüsü funksiyasından istifadə edib biz şeytan çarxını yoxlaya bilərik və bu yeri videoda göstərilən yerlə müqayisə edib müəyyən etməyə çalışarıq ki, həqiqətən mi video orada çəkilib.
3. Tarixi görüntü (Historical Imagery)
Google Earth-in həm də Tarixi Görüntü funksiyası var ki, bu da bizi maraqlandıran obyekt və yerlərin əvvəllər necə olduğunu göstərir. Funksiyanı işə salmaq üçün, biz sıçanın göstəricisini funksiyalar menyusunun orta hissəsinə yönəldərək üzərində saat olan düyməyə klik etməliyik. Zaman xətti açılacaq və biz istədiyimiz ili seçə bilərik.
Bu funksiya bizi maraqlandıran yerin müxtəlif vaxtlarda necə göründüyünü və konkret obyektin tikintisinin ilini müəyyən etməyə imkan verir. Bu funksiya bizə bir meşənin konkret bir yerdə məhv olub olmadığını və ya işğal olunmuş ərazilərdə Rusiya hərbi keçid məntəqələrinin tikintisinin dinamikasını müşahidə etməyə və sairəyə imkan verir.
In case of Mtatsinda Park, we can see that, all earlier imagery date to 2001. By viewing how the appearance of the Park changed over years, we can establish the year of the construction of the Park. The satellite imagery provided below show that the construction of Mtatsminda Park resumed in 2010.
Mtatsinda Parkına gəldikdə, görə bilərik ki, bütün əvvəlki görüntüləri 2001-ci ilə aiddir. Parkın illər ərzində görünüşünün necə dəyişdiyini nəzərdən keçirərək, Parkın tikintisinin ilini müəyyən edə bilərik. Aşağıdakı peyk görüntüləri göstərir ki, Mtatsminda Parkının tikintisi 2010-cu ildə başlayıb.
2001
2006
2010
4. İki nöqtə arasındakı istiqamət və məsafə.
Google Earth həm də konkret bir nöqtədən bir istiqaməti tapma və iki nöqtə arasındakı məsafəni ölçmək funksiyasına sahibdir. Bu funksiyanın istifadəsi bir Google online proqramı olan Google Maps vasitəsilə çox daha asan və rahatdır. İnternet brauzerində maps.google.com yaz və axtarış bu proqramı açacaq.
Google Maps-də ox işarəsini göstərən simvola klik edin. Sonra, sizi maraqlandıran bu iki yerin adlarını yazmalı olduğunuz bir pəncərə açılacaqdır. Axtarış A nöqtəsindən B nöqtəsinə qədər marşrutları, eləcə də müxtəlif nəqliyyat vasitələri ilə səyahət vaxtını və iki nöqtə arasındakı məsafəni sizə təqdim edəcək.
Google Maps həmçinin iki nöqtə arasında birbaşa məsafəni ölçməyə imkan verir. Bunun üçün siçanı A nöqtəsinə gətirin və sol düymə ilə "məsafəni ölç"ə basın və siçanın sol kliki ilə xəritədə B nöqtəsini seçin. Bu funksiya yuxarıda göstərildiyi kimi A və B nöqtələri arasındakı səyahət məsafəsini deyil, iki nöqtə arasındakı birbaşa məsafəni göstərəcəkdir.
Wikimapia