Veb səhifələrin tədqiqi
Saxta informasiya tez-tez şübhəli veb saytlar vasitəsi ilə və ya onlara istinadən yayılır. Veb saytların etibarlılığının yoxlanılması informasiyanın mötəbər olub olmadığını müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Aşağıda göstərilən növ veb saytlar adətən saxta xəbərlər yaymaq üçün istifadə olunur.
SAXTA XƏBƏR YAYMA ÜÇÜN İSTİFADƏ EİLƏN VEBSAYTLAR
-
Onlar məhşur mətbuat brendlərininin adlarını saxta məzmunun həqiqi kimi təqdim etmək məqsədilə etibarli qərb media markalarının adlarını kiçik bir dəyişikliklə istifadə edirlər ; (Foxnews.ge, usa-radio.com, abcnews.com.co, theguardıan.com);
-
Səhifələrin “Bizim haqqımızda” və “Bizimlə əlaqə” bölmələri ya heç bir məlumat vermir ya da göstərilmiş məlumat olduqca məhdud olur ki, bununlada media qurumunun arxasında kimin olduğunu müəyyənləşdirmək demək olar ki, qeyri-mümkündür.
Müvəqqəti məqsəd üçün dizayn edilmiş veb saytlar - müvəqqəti veb saytlar saxta məzmunun etibarlılığını təmin etmək və tabloid kütləvi informasiya vasitələrinə aid qaynaq yayındırılması və ya istinad nöqtəsinə xidmət etmək məqsədilə yaradılır. İlkin mənbələr kimi istifadə edilən bu tip yayınma saytları ingilis və ya digər qərbi avropa dillərindədirlər və bir müddətdən sonra yoxa çıxırlar. (e.g, Igliomale.it, humanleather.co.uk, theguardıan.com, usa-radio.com dərc etdiyi mübahisəli nəşrlərindən qısa müddət sonra artıq vebdə yoxdular).
Satirik yumoristik veb saytlar informasiya qaynağı kimi - Satirik-yumoristik media qurumları uydurma, satirik hekayələr nəşr edirlər və missiya bəyanatlarında satirik məqalələrindəki obrazlar real insanlar olsalar belə nəşrlərinin həqiqətlə heç bir əlaqəsi olmadığı aydın şəkildə müəyyən edilə bilər. Lakin, tabloid media orqanları satirik və yumoristik məqalələri orijinal faktlar kimi təqdim edir və heç vaxt informasiya mənbələrinin qondarma olduğunu göstərmirlər.
Clickbait veb saytlar istifadəçiləri sensasiyalı, aldadıcı başlıq və vizual effektlərlə (şəkil,animasiya) şirnikləndirirlər. Daha çox klikləndikcə daha çox auditoriyanı cəlb edir və müvafiq olaraq daha çox gəlir əldə etmək imkanı qazanırlar. Clickbait veb saytlarının sayı keçən illər ərzində əhəmiyyətli dərəcədə artmışdır. Sosial şəbəkələr clickbait saytlarının istehsal etdiyi yalanlar və uydurmaları artırmağa imkan verir. İstifadəçiləri aldadıcı başlıqlara klikləməyə şirnikləndirməklə auditoriyanı artırırlar və açılış səhifəsindən pul qazanırlar. Digər tərəfdən isə, sosial şəbəkələrin istifadəçilərinə ən çox baxılan məlumatı təqdim edirlər. Bu qarşılıqlı proseslər saxta hekayələrinin populyarlığını artırır və cəmiyyətdə yanlış fikirlərin yaranması üçün bir çərçivə yaradır.
VEBSAYTLARIN ETİBARLI OLUB OLMADIĞINA ƏMİN OLMA ÜSÜLLARI
Şübhəli veb-saytlar tərəfindən yayılan aldadıcı informasiyalardan yayınmaqdan ötrü etibarlılığın aşağıdakı metodlarla yoxlanılması vacibdir:
Domenə diqqət yetirin: Qəribə sonluqlarla bitən veb-saytlarına etibar etməyin,”.com.co", “.Co” və sairə kimi.Məsələn, CNNNews.com.co, ABCNews.com.ge.
Missiya bəyannaməsini və əlaqə məlumatını yoxlayın: Səhifənin “ Haqqımızda” və “Əlaqə məlumatı” şöbəsini yoxlayın. Orada redaksiya heyəti və ya heç bir əlaqə məlumatı qeyd olunmaya bilər. Bu onlar haqqında daha da şübhə doğurur. Həmçinin nəşrin missiya bəyanatını yoxlayın. Məlumat satirik-yumoristik ola bilər və real hekayəni əks etdirməyə bilər,missiya bəyanatı hansı növ media qurumlarının informasiyanın mənbəyi olduğunu oyrənməyə kömək ola bilər.
Veb-saytın qeydiyyatı və (ya) sahibi haqqında daha çox məlumat əldə etməya icazə verən - Açıq onlayn resurslara müraciət edin.
Onlayn arxivə müraciət edin - Əgər saxta xəbərin orijinal mənbəyi artıq əl çatan deyilsə,veb-saytın arxivləşdirilmiş məlumatını tapmağa cəhd edin.
Veb sayt domeni və qeydiyyatı haqqında məlumatın tapılması
scamadviser.com xüsusi veb saytlarda aşağıdakı informasiyanı təmin edir:
-
Domen qeydiyyatının vaxtını;
-
Veb saytın sahibini (şəxs və ya qurum);
-
Ölkə daxil olmaqla sahibinin ünvanı,şəhər,poçt kodu;
-
Telefon nömrəsi, sahibini email ünvanı.
Qeyd etmək lazımdır ki, veb saytların sahibləri haqqında məlumat həmişə ictimaiyyətə açıq deyildir. scamadviser.com veb saytın qeydiyyatdan keçərkən yalnız sahibinin açıqladığı məlumatları göstərir.
whois.domaintools.com veb sayt qeydiyyatı haqqında məlumatlar verən başqa bir açıq resursdur:
whois.domaintools.com saytın etibarlılığı yoxlarkən qeydiyyat vaxtı, yeri, sahibi və başqa texniki detallar barəsində informasiya ilə təmin edir. scamadviser.com - a oxşar olan bu resurs yalnız ictimai məlumatları göstərir. Biz qeydiyyat məlumatlarının qorunduğu hallar ilə rastlaşa bilərik.
GE-domaində qeydə alınmış Gürcüstan veb saytlarının sahibləri haqqında ictimai məlumatlar Registrator.ge. saytından əldə edilə bilər.
Biz sadəcə www.registrator.ge saytına daxil ola bilərik,xüsusi veb saytın ünvanını axtarış qutusuna daxil edə bilərik və domen tipini seçə bilərik (ge; edu.ge; com.ge; org.ge; net.ge).
Biz artıq mövcud olan veb saytı yoxlayanda sistem bizə domen adın artıq istifadə olunduğunu və qeydiyyat vaxtı,sahibi və inzibatçısı haqqında olan ictimai informasiyanı göstərir.
Arxivləşdirilmiş məlumatları bərpa edilməsi və məlumatların arxivləşdirilməsi
Etibarlılığın yoxlanılması prosesində məlumatın orijinal qaynağı olan veb sayt əldə olunmaya bilər.
İstənilən materialı əldə etmək üçün biz onlayn resurslardan arxivləşdirilmiş məlumatları axtarmaq məqsədilə istifadə edə bilərik və ya informasiyanı özümüz arxivləşdirə bilərik.
Archive.is belə bir qaynaqdır və həm arxivləşdirilmiş məlumatları axtarmaq həm də məlumatın arxivləşdirilməsi baxımından faydalıdır.
Internet Archive Wayback Machine - 1996-cı ildən fəalliyyət göstərir və veb səhifələrindən başqa onun arxivi foto, video və mətn materialları kimi digər rəqəmsal məlumatları da əhatə edir. Biz www.web.archive.org saytının axtarış qutusuna maraqlandığımız veb ünvanını daxil edirik və Browse History düyməsini basaraq arxivləşdirilmiş materialları axtarırıq.
Axtarış nəticələri tarixə görə sıralanır.
Materialı arxivləşdirmək üçün biz aşağıda göstərilən sahədə arxivləşdirmək istədiyimiz məlumatın ünvanını daxil etməliyik (url) və daha sonra Save Page (Səhifəni Saxla) düyməsini basmalıyıq.