Şəxsi həyat
Şəxsi həyatın toxunulmazlığı nədir?
Avropa İnsan Haqqları Konvensiyasının 8-ci maddəsinə müvafiq olaraq hər kəsin
„şəxsi və ailə həyatına, evinə və yazışmalarına”
hörmət olunması haqqı var.
Şəxsi həyatın toxunulmazlığı məfhumunun tarixi?
Şəxsi həyatın toxunulmazlığı ilə bağlı ilk məhkəmə qərarı 1881-ci ildə Miçiqan Ali Məhkəməsi tərəfindən çıxarılmışdır. Məhkəmə bir qadının doğuşunun şahidi olduğuna görə digər bir şəxsin qadına dəyən zərərin ödənilməsinə qərar vermişdir. Məhkəmənin rəyinə əsasən qadının öz mənzilində yalnız qalmaq üçün qanunla tanınmış hüququ var idi.
‘"Tək qalma hüququ” anlamı daha sonra hakim Tomas Kuley tərəfindən məhkəmə qərarlarının birində istifadə edilmişdir. Bu konsepsiyanın sonrakı inkişafı 1890-cı ildə Samuel Warren və Louis Brandes tərəfindən nəşr olunan Harvard Law Review jurnalında yazılmış bir məqalə ilə bağlıdır.
Məqalənin yazılmasına səbəb cənab Uorrenin qızının toyu ilə bağlı Boston mətbuatının külli miqdarda çap etdiyi şayiələr idir. Bu cənab Uoreni o dərəcədə qəzəbləndirdi ki, o, dostu Lui Brandel ilə əlaqə saxladı və birgə yazdıqları məqalə gizlilik konsepsiyasının hüquqi inkişafına əsaslı şəkildə təsir etdi. Məqalədə, əvvəllər azadlığın məhdudlaşdırılması yalnız fiziki məhdudiyyətlər nəzərdə tutduğu halda, daha sonra qanuna insanın "mənəvi tərəfi, emosiya və intellektinin" məhdudlaşdırması konsepsiyası daxil edilmiş və hazırda bu da tək qalma hüququ mənasını nəzərdə tutur.
Mediada şəxsi həyatın toxunulmazlığı
Bir şəxsin şəxsi həyatı barədə hekayə yazanda jurnalistlər aşağıda qeyd olunan standartlara diqqət yetirməlidir:
- şəxsin informasiya azadlığı və əsaslandırılmış gizlilik gözləntiləri arasında balans saxlamaq;
- ictimai və özəl şəxslər arasında olan fərqi ayrı tutmaq;
- ictimai və özəl məkan arasında olan fərqi nəzərə almaq;
- insan faciəsinə müdaxilə etməmək;
- uşağın maraqlarına hörmət göstərmək;
- materialıın əldə olunmasında mütənasib vasitələrdən istifadə etmə.
Şəxsi həyatla informasiya azadlığı arasında disbalansa yalnız aşağıdakı hallarda bəraət verilə bilər:
- ictimai maraq mövcud olanda, cəmiyyəyin qanuni maraqları dəymiş zərəri üstələyəndə
- qanunun təmin etdiyi ictimai maraqları qorumaq son məqsədə nail olmaq üçün müvafiq vasitədir.
Qanuni ictimai maraq
Buna baxmayaraq cəmiyyətin xəbərdar olma ehtiyacı məlumat alma istəyindən ayrı tutulmalıdır. Hər hansı bir maraq, misal üçün sadə bir həvəs əsaslı səbəb deyil.
İctimai və özəl şəxslər
Avropa Şurası Parlament Assambleyasına görə “ictimai şəxslər dövlət vəzifəsini tutan və/və ya dövlət resurslarını istifadə edən, geniş anlamda siyasət, iqtisadiyyat, incəsənət, ictimai məkanda, idman yaxud başqa sahədə rol oynayanlardır”. Siyasətçilər, mövcud və keçmiş dövlət rəsmilərindən əlavə onlara şou biznes nümayəndələrini, idmançıları və başqa şəxsləri də aid etmək olar.
Avropa İnsan Haqqları Məhkəməsinin qeyd etdiyi kimi özəl fərdlərdən siyasi yaxud ictimai xadim kimi ictimai kontekstdə çıxış edən şəxsləri ayırmaq mütləqdir” Müvafiq olaraq, ictimaiyyətə naməlum bir şəxs özəl həyatını xüsusi şəkildə qorumağı tələb edərkən ictimai xadimlər bunu edə bilməz.
İctimai xadimlər qeyd edilən səbəblərə görə daha tolerant olmağa borcludurlar:
- onlar ən azı ictimai vəzifələrinə təsir edən məsələlər ilə bağlı ictimai debat obyektinə çevrilməkdən özlərini razı salmaqla gündəmdə qalırlar.
- Ictimi şəxslərin fəalliyətlərinin xüsusiyyətərinə görə insanların marağı onlara qarşı böyükdür.
Buna baxmayaraq bu o demək deyil ki, onların şəxsi həyatın toxunulmazlığı hüququ yoxdur. Jurnalistlər, bir şəxsin ictimai vəzifələrini yerinə yetirməsi ilə əlaqəli olmayan məlumatları dərc etməkdən çəkinməlidirlər.
Yeganə istisna ictimai maraqdır. Məsələn, ictimai xadimin şəxsi həyatı ictimai vəzifələrin yerinə yetirilməsinə təsir edirsə, bu vəziyyətdə ictimai maraqlar şəxsi həyatın toxunulmazlığı hüququnu üstələyir.
Özəl və İctimai Məkan
Məsəl üçün bir şəxsin fərdi evi özəl məkan sayılır, o cümlədən xəstəxana pasient üçün özəl məkan sayıla bilər. Çünki belə ictimai yerdə pasient müalicə alır və şəxsi həyatın toxunulmazlığı baxımından ağlabatan gözləntiləri olur.
İctimai məkan, şəxsi həyatın toxunulmazlığı baxımından daha az gözləntisi olan yerdir.
Mrs Renata Jonun Sunday Mirror-a qarşı işində Birləşmiş Krallığın Mətbuata aid Şikayət Komissiyası jurnalistlərin gizli şəkildə şikayətçinin fotoşəkillərini çəkməsi ilə bağlı bir vəziyyəti araşdırdı.
Komissiya şəkil çəkilən ictimai avtodayanacağı və ya yanacaq doldurma məntəqəsini kiminsə yalnız qalmaq üçün ağlabatan gözləntisi olduğu yer hesab etmədi.
Eyni zamanda hətta ictimai məkanda insan şəxsi həyatın toxunulmazlığı hüququndan məhrum olmur. Kütlədən asılı olmadan hər kəsin gizlilik hüququndan yararlana biləcəyi yerlər mövcuddur. Ser Pol Makkartni Hello!ya qarşı işdə Mətbuata Aid Şikayətlər Komissiyası kilsənin şəxsi həyatın toxunulmazlığı baxımından ağlabatan gözlənti olan yerin açıq nümunəsi olması və jurnalistlərin buna hörmət bəsləməyə borclu olduqlarını vurğuladı.
Özəl və ictimai məkanlarda (ictimai məktəb, xəstəxana və b.)
xüsusi hallarda jurnalistlər foto və ya video çəkiliş aparma üçün mülk sahibinin / inzibati heyətin əvvəlcədən razılığını almalıdır. İstisna yalnız ictimai marağlar üçün edilə bilər.
Gürcüstanın İctimai Yayımçıların Davranış Qaydalarının 6-cı maddəsinə əsasən bəzi fəaliyyət və hallar o dərəcədə özəldir ki, onların hətta ictimai yerdə qeydə alınması şəxsi həyata müdaxilə kimi qəbul edilə bilər. Misal üçün faciə və ya başqa xoşagəlməz hallar zamanı bir şəxsin emosional durumu.
Dron ilə çəkiliş
Dron və ya pilotsuz uçuş apparatının istifadəsi Avropa İttifaqının xüsusi Müddəası ilə tənzimlənir. Dronların dizaynında sənədə görə, risklərin azaldılması üçün şəxsi həyatın toxunulmazlığı prinsiplərini nəzərə alan müvafiq funksiyaları olmalıdır.
Həmçinin qanun şəxsi həyat hüququna təhlükə yarada biləcək hallar da daxil olmaqla dronların mütləq qeydiyyatı tələb edir.
Avropa Aviasiya Təhlükəsizliyinin tövsiyyələrinə əsasən pilotsuz uçuş apparatı onun çəkisi nəzərə alınmaqla insanlardan ortalama 50 metr məsafədə olmalıdır. Həmin standarta əsasən, 2017-ci ildə Gürcüstanda dron qeydiyyatını nəzərə alan qaydalar tətbiq olundu:
- bir qrup şəxsdən ən azı 50 metr yuxarıda və ya hər hansı bir şəxsdən 50 m üfüqi səmtdə aralı
- pilot bina sahibi olan yaxud çəkilişin bina sahibini razılığı ilə baş verən hallardan savayı binadan ən azı 50 m üfüqi səmtdə aralı
Peşəkar fəaliyəti üçün istisna hallar Mülki Aviasiya Agentliyinin icazəsi ilə qəbul edilə bilər.
Yayımcıların Davranış Kodeksinin 35-ci maddəsində
Door-stepping. Müsahibə qabaqcadan xəbər etmədən müsahibənin səs yazmasını aparmaq və ya yayım üçün telefon danışığını qeydə alma deməkdir. Subyektə açıq yaxınlaşdıqda istintaq gedişini pozulacağına güclü inam yoxdursa door-steppingə müraciət edilmir. door-stepping qaydaları, təsadüfi ictimai rəy sorğularında və ya ictimai fikir öyrənilməsində tətbiq edilmir.
Şəxsi Faciənin Yayılması. Yayımçılar əgər bu gizliliyi pozursa ictimai yer və ya hüzür mərasimi daxil olmaqla hadisənin zərərçəkənlərini yaxud şəxsi faciədən əzab çəkənlərini qeydə götürməməli yaxud yaymamalıdır.
Uşaqlar. Yayımçıların Davranış Qaydaları, təyin edir ki, yayımçılar on səkkizdən yaşından aşağı olan şəxslərin özəl həyatının toxunulmazlığına xüsusi diqqət yetirməlidir. On səkkiz yaşdan aşağı olanlar valideynlərinin şöhrəti və məşhurluğu səbəbindən şəxsi həyatın toxunulmazlığı haqqından məhrum deyil.
On səkkiz yaşınadək olan şəxslərin fikrinin soruşulması yalnız valideynlərin, qəyyumların və ya baxıcıların razılığı ilə həyata keçə bilər.
Məxfi Qeydə Alma. Cəmiyyətin marağını nəzərə alaraq Yayımçıların Davranış Qaydaları gizli lentə yaxud qeydə almanı informasiya toplama və yayım üçün aşağıda qeyd olunanlar daxil olmaqla istisna hallarda icazə verir:
а) Hadisə ictimai maraqlara cavab verən zaman, əlavə maddi sübutların alınmasına dair ağlabatan şübhələr oyanıbsa və proqram düzgünlüyün təmini mütləqdirsə;
b) Soruşulan bir mövzu ilə əlaqəli baxış və fikirləri aşkar etmək üçün başqa üsullar tətbiq edilə bilməyəndə ictimai marağlara xidmət edən sosioloji tədqiqat üsulu kimi;
c) İnsanların özəl həyatına kobud müdaxilə deyilsə və ayrı ayrı şəxslərə əhəmiyyətli dərəcədə utanc, stress yaxud narahatlıq vermirsə məxfi çəkilişin komediya yaxud əyləndirici verilişdə qəbul edilmiş üsullardan biri olanda.