Şəxslərin müəyyənləşdirilməsi

Saxta xəbərlərin tədqiqi zamanı müxtəlif nəşrlərdə iştirak edən və ya dezinformasiya yayan şəxsləri müəyyən etmək vacibdir. Hansısa bir şəxs, onun yaşayış və iş yeri, təhsili və maraqları haqqında məlumat əldə etməyə kömək edən açıq onlayn resurslar mövcuddur.

1. Webmii.com İnternetdə bu və ya başqa bir şəxs haqqında məlumat axtarmaq üçün axtarış sistemidir. Bu məlumata sosial şəbəkələrdə həmin şəxsin adından qeydiyyatdan keçən müxtəlif social şəbəkə hesabları, elektron poçt ünvanları, məqalələr, etiketlər, əlaqəli şəxslər, təşkilatlar, sferalar, eləcə də foto və video materiallar daxil ola bilər. Xüsusilə də o, axtardığımız şəxsin həqiqi insan yaxud saxta hesab olmasına açıqlıq gətirən 10 xallıq dəyərləndirmə sistemi təqdim edir. Bir qayda olaraq, saxta hesablar çox az görüntülənmə balına malikdir.

2. People.yandex.ru Rus və xarici platformlarda qeydə alınmış Rus dilli istifadəçiləri axtarmaq üçün yaxşı vasitədir.. Şəxsin adı və soyadını işarələyəndən sonra axtarış sistemi şəxs barədə Rus social şəbəkələrinin (ВКонтакте, Одноклассники, Мой Мир, Мой Круг, və Livejournal) ixtiyarında olan məlumatı göstərir.. Rus dilli resurslardan savayı people.yandex.ru həmçinin Instagram, Facebook, Google +, Linkedin, Twitter və Foursquare. –da axtarış aparır.