Misal 4: Şəkillərdəki şəxslərin kimliyinin yaxud çəkilişdəki hadisənin təyin edilməsi mümkün olmaması

23 may 2017-ci ildə Feysbukda ‘Tsinaagmdegoba Momavlistvis’ (“Gələcək naminə müqavimət”) səhifəsi “Tbilisi metrosunda cəngəllik. Belə davranışa bəraət qazandırmaq mümkün deyil” başlığı ilə video dərc etdi.. 24 May Feysbukun “WTF?!” səhifəsi eyni görüntüləri əks etdirən fotoşəkilləri artıq “Tbilisi metrosunda İran,İraq və Hind miqrantalrı” başlığı altında verilmişdir. Həmin səhifədən o başlıqlı video dainteresdit.ge, foxnews.ge saytlarına və Feysbukun all.ge səhifəsinə yerləşdirilmişdi.Səhifələrə əsasən video Tbilisi metrosunun vaqonalrının birində bir çaxnaşmanı və çaxnaşmada iştirak etmiş İran, İraq və Hind miqrantları əks etdirir. 2018-ci ildə video həmçinin “Azad Gürcüstan”dan prezidentliyə namizəd Kaxa Xukava tərəfindən öz ksenofob kampaniya çarxında istifadə edilmişdir. 

“Tbilsi Metrosunda nələr baş verir” başlıqlı tamamilə eyni video 7 sentryabr 2015-ci ildə Gio Merabişvilinin YouTube kanalında yerləşdirilmişdir. Nə videonun başlığında nə də izahında sərnişinlərin milləti barədə bir söz deyilmirdi. Bundan əlavə, görüntülər bulanıq olduğundan bu şəxslərin milli mənsubiyyətini təyin etmək çətin idi. Birinci dəfə sərnişinlərin milliyəti ksenofobik yanaşma Feysbukun “WTF?!” səhifəsində vurğulanmışdır. Tərkibində irqçi mətnlər olan və başqa milliyətlərin əleyhinə nifrətli sözlərdən istifadə edən şəkillər. Beləliklə yuxarıda qeyd olunmuş veb saytlar tərəfindən əlavə edilmiş başlıq manipulyativ idi.