Beynəlxalq forumda MDF-in media maarifləndirmə 360° təlimi baş tutub

2018-ci il dekabr ayının 12-də Bratislavada rəqəmsal komunikasiyalar şəbəkəsi tərəfindən keçirilən “Media maarifləndirmə 360°” beynəlxalq forumda Media İnkişaf Fondu (MDF) “Media maarifləndirmə proqramlarının təsiri” adlı seminar keçib.

MDF-in icraçı direktoru Tamar Kinçuraşvili və Media Maarifləndirmə proqramının direktoru Sopo Qelava seminar iştirakçılarını təşkilatın media maarifləndirmə proqramının əsaslandığı 5 əsas prinsiplə tanış ediblər. Seminarda MDF-in müəllimlər və gənclər üçün yaradılmış media maarifləndirmə resursları, yeni məlumat bazası MilLab.ge və saxta məlumat ilə nifrət dili haqqında yaradılmış 4 dildə - gürcü, inglis, erməni və azərbaycan dillərində olacaq iki yeni oyun təqdim olunub.

Forum çərçivəsidə MDF media maarifləndirmə sərgisində də iştirak edirdi və burada təşkilatın maarifləndirici resursları təqdim olunurdu.

Tədbirin təşkilatçıları World Learning və Digital Communication Network idi.